Category Archives: Xəbərlər

DOSENT SƏBA NAMAZOVA SERTİFİKATLA TƏLTİF OLUNMUŞDUR

ADA Universitetinin Qazax Mərkəzində Amerikalı tədqiqatçı Prof.Dr. Zorka Karanxha “ABŞ Məktəblərində İntizam Siyasəti: Sıfır Dözümdən Bərpaedici Təcrübələrə keçid”mövzusundan bəhs etmişdir.Olduqca maraqlı keçən açıq mühazirədə Edu Dialogue sessiyası çərçivəsində dunləyici kimi iştirak edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazova serifikatla təltif olunmuşdur.

TƏLƏBƏLƏRİMİZİN UĞURU

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tələbələri Aydın İsmayılov, Nihad Rzayev, Səkinə Salmanova, Fidan Abdiyeva Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən bilik müsabiqəsində I yer tutmuşlar.Tələbələrimizi təbrik edirik.

“XOSROV VƏ ŞİRİN” İN MÖVZU VƏ TƏHLİLİ ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

18 noyabr 2025-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Mədət qızı Əhmədovanın  Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kursunda “Ölkə ədəbiyyatı tarixi-1” fənnindən “Xosrov və Şirin”in mövzu və təhlili” (mühazirə) mövzusunda keçdiyi açıq dərsi dinlənilmişdir. Dərs müəllim tərəfindən təlimata uyğun formada təşkil olunmuş, fənnə dair tədris sənədləri (fənn sillabusu, fənn proqramı, əyani vəsaitlər və s.) qaydalara uyğun şəkildə tərtib edilmişdi. Dərsdə mövzuya hazırlıq, tədris materiallarına və vəsaitlərinə yanaşma dürüst və hərtərəfli şəkildə idi. Aygün Əhmədova dahi Nizaminin

Daha ətraflı

17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1992-ci ildən 17 Noyabr Milli

Daha ətraflı

” TƏHSİLİN KEYFİYYƏTİNİ YAXŞILAŞDIRMAQ VƏ DƏRSLƏRİN GEDİŞİNƏ NƏZARƏT ” QRUPU MONİTORİNQ KEÇİRMİŞDİR

14 noyabr 2025-ci il tarixində dosent Allahverdi Quliyevin rəhbərliyi ilə təhsilin keyfiyyətini yaxşılaşdırmaq və dərslərin gedişinə nəzarəti daha da artırmaq məqsədi ilə yanaşı monitorinq qrupu fakültəmizdə olmuşdur.Monitorinq qrupunun üzvləri Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı ixtisasının ayrı-ayrı kurslarında müxtəlif fənlərdən seminar və praktik məşğələ dərslərini dinləmiş, müəyyən tövsiyyə və məsləhətlər vermişlər.

” AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR YAZIŞMALARDA RƏSMİ KARGÜZARLIQ ÜSLUBU ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

13 noyabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Xalidə Əsgərovanın Filologiya( Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kursunda Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri professor Telman Quliyev, professor əvəzi Yadigar Əliyev, dekan əvəzi filologiya üzrə fəlsəfə doktoru Mehriban

Daha ətraflı

“NATİQLİK SƏNƏTİNİN NÖVLƏRİ VƏ ONA VERİLƏN TƏLƏBLƏR” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

12 noyabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllim Hüseynova Günay Şəmistan qızının “Natiqlik sənətinin növləri və ona verilən tələblər” mövzusunda elmi-nəzəri seminarı oldu. Seminarda kafedra müdiri professor Telman Ziyatxan oğlu Quliyev və kafedranın əməkdaşları iştirak edirdilər. Baş müəllim Hüseynova Günay mövzuda natiqlik sənəti anlayışı, onun tarixi inkişafı, natiqlik sənətinin əsas növləri, hər növün

Daha ətraflı

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu

Daha ətraflı

9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Tarixə nəzər salsaq Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın

Daha ətraflı

8 NOYABR – ZƏFƏR GÜNÜDÜR

8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və unudulmaz səhifələrindən biridir. Bu gün 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi ilə xalqımızın çox illik həsrətinə son qoyuldu. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarının azad olunması xalqımızın ən böyük arzusu idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi boyunca Azərbaycan Ordusu bir kənddən,

Daha ətraflı