Category Archives: Xəbərlər

KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMMİSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

19.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun növbəti iclası keçirildi. İclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun hazırladığı iş planı müzakirə olunaraq təsdiq edildi.

ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

Azərbaycan dili kafedrasının baş müəllimi f.ü.f.d. Mahmudova Mətanət Nəriman qızının “Azərbaycan dilində sərbəst və sabit normalar” mövzusunda elmi-nəzəri seminarı oldu.Müəllim qrammatik kateqoriyalarda sabitləşən normalar,sərbəst normalar və norma pozulmaları məsələlərindən danışdı ,fikirlərini nümunələrlə izah etdi.İstifadə olunan slaydlar mövzunun daha geniş və aydın izahına imkan yaratdı.

“ AŞIQ SƏNƏTİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ SİMPOZİUM KEÇİRİLDİ

17 mart 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib. Tədbir AMEA Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz

Daha ətraflı

KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLDİ

14.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun ilk iclası keçirilmişdir. İclas geniş müzakirələr və fikir mübadiləsi şəraitində gerçəkləşdi, işçi qrupun fəaliyyətinə dair rəy və təkliflər dinlənildi.

MONİTORİNQ QRUPU DƏRSLƏRDƏ İŞTİRAK ETDİ

14.03.2025-ci il tarixində dos. Allahverdi Quliyevin rəhbərliyi ilə universitet monitorinq qrupu fakültəmizdə dərslərdə iştirak etmişdir.Monitorinqin üzvləri fakültəmizin hər iki ixtisasları üzrə I növbənin qruplarında seminar məşğələlərində iştirak etmişlər.Dinlənilmiş dərslərdən sonra fakültədə dərslərin müzakirəsi aparılmış və lazımi məsləhətlər verilmişdir.

ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

Azərbaycan dili kafedrasının baş müəllimi Məmmədzadə Naibə Tofiq qızının “Cəmiyyətdə mədəni nitqin rolu” mövzusunda elmi-nəzəri seminarı oldu.Müəllim mədəni nitq, mədəni nitqə verilən tələblərə:düzgünlük, dəqiqlik,aydınlıq,orjinallıq,rabitəlilik,sadəlik və b. əməl etmək, dilin fonetik,leksik və qrammatik normalarına bələd olub düzgün istifadə etmək haqqında məlumat verdi. Azərbaycan müstəqillik əldə etdiyi bir dövrdə hər kəs, xüsusən ziyalılar mədəni nitqə yiyələnməli,dilimizin özünəməxsus

Daha ətraflı

NİTQ İNKİŞAFI FƏNNİNDƏN PRAKTİK DƏRSLƏR KEÇİRİLDİ

13.03.2025-ci il tarixdə Azərbaycan dili kafedrasının baş müəllimi Hüseynova Günay Şəmistan qızının rəhbərliyi ilə Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 2-ci kurs tələbələrinin Nitq inkişafı fənnindən Loqos Nitq inkişafı mərkəzində praktik dərsləri oldu.Tələbələr şagirdlərin nitqində anadangəlmə və sonradan qazanılmış qüsurların aradan qaldıraraq nitqi necə inkişaf etdirməyin yollarını əyani şəkildə mərkəzdə müşahidə etdilər.

“AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ FONETİK HADİSƏ VƏ QANUNLAR.NİTQİN FONU-SEMANTİK ƏLAMƏTLƏRİ. VURĞU” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ.

13 mart 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Səlmanova Səbinə Ceyhun qızının Xarici dillər fakültəsi Xarici dil müəllimliyi (rus) ixtisası III kursunda “Müasir Azərbaycan dili “ fənnindən “Azərbaycan ədəbi dilində fonetik hadisə və qanunlar . Nitqin fono-semantik əlamətləri. Vurğu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dilimizin fonetikasında baş verən hadisələrdən və dəyişiklik edilmiş qanunlardan,

Daha ətraflı