Kateqoriya Arxivləri: Xəbərlər

Filologiya fakültəsinin tələbələrinin uğuru

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin final mərhələsi keçirilib. Tələbələrimizdən Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri- Lamiyə Verdiyeva, Nərmiyyə Əlnağıyeva, Sona Məmmədova,  Naridə Sanıyeva, Zeynəb Qurbanlı II yer tutmuşlar.

Davamı

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür….

Bu gün xalqı və vətəni qarşısında misilsiz xidmətləri olan Ümumilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”deyən Ulu Öndərmizi iftixarla yad edir. Azərbaycanın Ümumilli Lideri, yeni Azərbaycanın memarı Heydər Əliyevin xatirəsi bizim qəlbimizdə daim yaşayır və yaşayacaq.

Davamı

Fakültəmizin əməkdaşları Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Əhməd Cəfəroğlunun xatirəsinə həsr olunmuş konfransda

10 dekabr 2019-cu il tarixdə Gəncə Dövlət Universitetində  Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, ədəbiyyatşünas, şərqşünas və dilçi professor, araşdırmaları ilə təkcə Türkiyədə yox, eləcə də Avropada şöhrətlənən filologiya elmləri doktoru Əhməd Cəfəroğlunun xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir. 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Əhməd Cəfəroğlu da da bir çox millətçi […]

Davamı

Tələbələrimiz iməcilikdə

Gəncə Dövlət Universitetinin Filologiya faküləsinin tələbələri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etmişlər. Bu aksiya həm dahi Azərbaycan şairi İmadəddin Nəsiminin tanıdılması və təbliği, həm də ətraf mühitin qorunmasına yönəldilmişdir.

Davamı

gənc müəllim Gülnar hüseynovanın uğurlu keçən açıq dərsi

4 dekabr 2019-cu il tarixdə Filologiya fakültəsinin Azərbaycan ə dünya ədəbiyyatı müəllimliyi ixtisasında Gülnar Səfər qızı Hüseynovanın Aaərbaycan ədəbiyyatı tarixi – 4 fənnindən “Nəsrdə yeni ədəbi qüvvələrin yaradıcılıq axtarışlarının genişlənməsi : Ə.Məmmədxanlı, İ.Əfəndiyev, H.Abbaszadə, Ə.Cəfərzadə, X.Hasilova” mövzusunda açıq dərsi keçirilmişdir. Dərs müasir təlim texnologiyaları əsasınada, aktiv şəkildə reallaşmışdır. Dərs prosesində əyani vəsaitlərdən, slaydlardan istifadə olunmuşdur. […]

Davamı

14.11.2019 tarixdə fakültədə monitorinq keçirilmişdir

14 noyabr 2019- cu il tarixdə I növbədə Filologiya fakültəsində tələbə və müəllimləein dərsə davamiyyətinə, tədrisin yüksək keyfiyyətinə, tədrisə dair sənədləşmənin aparılmasına nəzarət üzrə monitorinq keçirilmişdir. Monitorinq qrupunun üzvləri dərs cədvəlinə uyğun I-III kursların dərslərində iştirak etmişlər. Monitorinqin Nəticəsi fakültə dekanı dos. Zakir Ələsgərovun, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyevin,Ş monitorinq qrupunun sədri dos. […]

Davamı

DAHİ ŞƏXSİYYƏT HƏMİD ARASLININ 110 İLLİK YUBİLEYİ

Gəncə Dövlət Universitetində (GDU) ədəbiyyatşünas, akademik, professor, Əməkdar elm xadimi Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Klassik və şifahi xalq ədəbiyyatımızın misilsiz tədqiqatçısı” adlı tədbir keçirilib. Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq, böyük ədibin həyat və fəaliyyətindən danışıb. Bildirilib ki, qədim Gəncə torpağı Azərbaycan elminə və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə bir çox […]

Davamı