Category Archives: Xəbərlər

31 MART SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

Bu gün Filologiya və Xarici dillər fakültələri birgə 31 Mart Soyqırım gününə həsr olunan tədbir keçirdilər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir anlıq sükutla yad edildi. Tədbirdə ilk söz Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyevaya verildi.Gülsüm müəllim öz çıxışında ermənilərin xalqımıza

Daha ətraflı

TƏDRİS-İSTEHSALAT TƏCRÜBƏSİNDƏ REFERAT MÖVZULARININ MÜZAKİRƏSİ KEÇİRİLDİ

Bu gün Filologiya fakültəsi Filologiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisası IV kursda tədris- istehsalat təcrübəsində rəhbər müəllim dos. Məlikova Gülarə Aqaid qızının rəhbərliyi ilə referat mövzularının müzakirəsi keçirildi. Müzakirədə tələbələr fəal iştirak etdilər. Gülarə müəllimə tələbələrin təcrübə müddətində görəcəkləri işlər, yazacaqları referat mövzuları, eləcə də, sənəd və hesabatların hazırlanması qaydaları haqqında da məlumat verdi.

AZƏRBAYCANDA RAMAZAN BAYRAMI QEYD OLUNUR

İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühim yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən(miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “ Ramazan orucu” da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “ On bir ayın sultanı”da adlandırırlar, çünki

Daha ətraflı

KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMMİSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

19.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun növbəti iclası keçirildi. İclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun hazırladığı iş planı müzakirə olunaraq təsdiq edildi.

ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

Azərbaycan dili kafedrasının baş müəllimi f.ü.f.d. Mahmudova Mətanət Nəriman qızının “Azərbaycan dilində sərbəst və sabit normalar” mövzusunda elmi-nəzəri seminarı oldu.Müəllim qrammatik kateqoriyalarda sabitləşən normalar,sərbəst normalar və norma pozulmaları məsələlərindən danışdı ,fikirlərini nümunələrlə izah etdi.İstifadə olunan slaydlar mövzunun daha geniş və aydın izahına imkan yaratdı.

“ AŞIQ SƏNƏTİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ SİMPOZİUM KEÇİRİLDİ

17 mart 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib. Tədbir AMEA Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz

Daha ətraflı

KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLDİ

14.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun ilk iclası keçirilmişdir. İclas geniş müzakirələr və fikir mübadiləsi şəraitində gerçəkləşdi, işçi qrupun fəaliyyətinə dair rəy və təkliflər dinlənildi.

MONİTORİNQ QRUPU DƏRSLƏRDƏ İŞTİRAK ETDİ

14.03.2025-ci il tarixində dos. Allahverdi Quliyevin rəhbərliyi ilə universitet monitorinq qrupu fakültəmizdə dərslərdə iştirak etmişdir.Monitorinqin üzvləri fakültəmizin hər iki ixtisasları üzrə I növbənin qruplarında seminar məşğələlərində iştirak etmişlər.Dinlənilmiş dərslərdən sonra fakültədə dərslərin müzakirəsi aparılmış və lazımi məsləhətlər verilmişdir.