Category Archives: Kateqoriyasız

Filologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi hörmətlə anılmışdır

Bu gün -12 dekabr xalqımızın Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri olan böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. O həm güclü, cəsarətli, müdrik siyasətçi kimi, həm də vətənini sevən, onu bəlalardan qoruyan və inkişafı üçün əlindən gələni əsirgəməyən bir lider kimi Azərbaycan xalqının qəlbində dərin iz qoymuşdur. Heydər Əliyevin ölkəmizə rəhbərlik

Daha ətraflı

Filologiya fakültəsində imtahana hazırlıq gedir…

Filologiya fakültəsində qış imtahan sessiyası ilə bağlı hazırlıq davam edir. Bütün kurslarda təhsil alan tələbələr suallarla tanış olublar. Filologiya fakültəsinin 29 noyabr 2024-cü il tarixli Elmi Şurasında payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Tələbələr imtahana hazırlıq ərəfəsində fənn müəllimləri ilə əlaqə saxlayır və tövsiyələr alırlar.

Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyevin 75 illik yubileyi qeyd olundu

Azərbaycan dili kafedrasında prof.Telman Quliyevin 75 illik yubileyi keçirildi.Tədbirdə iştirakçılar Telman müəllimin elmi fəaliyyətindən və mənəvi keyfiyyətlərindən danışdılar,onun yüksək intellektual səviyyəyə malik olduğunu, kafedra müdiri olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, kollektivlə münasibətlərində qayğıkeş və səmimi olduğunu qeyd etdilər. Yeni yaşınız mübarək olsun, hörmətli Telman müəllim!

Filologiya fakültəsinin müəllim və tələbələri “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində

Gəncə Dövlət Universitetində Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat  Fondunun  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov, həmçinin  universtetin Filologiya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy  və Amil İsmayılov  öz şerləri ilə çıxış ediblər.     

Baş müəllim Fatma Saralovanın dissertasiya işinin müzakirəsi keçirildi

Azərbaycan dili kafedrasında Gəncə Dövlət Universitetinin dissertantı baş müəllim Fatma Məhəmməd qızı Saralovanın 5706.01-Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil prosesləri” adlı dissertasiya işinin müzakirəsi keçirildi.Dissertasiya işinin müdafiəyə buraxılması məqsədəuyğun hesab edildi.

Müəllimlərimiz Qarabağ Təhsil Forumunda

GDU-nun Azərbaycan dili kafedrasının bir qrup müəllimi Şuşa – Füzuli arasında möhtəşəm bir məkanda keçirilən tədbirdə iştirak etdilər. Sonda hər kəs sertifikat ilə təltif olundu. Tədbirdən əvvəl isə iştirakçılar Şuşa qalası, Natavan bulağı, Cıdır düzü, Vaqifin türbəsi, Yuxarı Gövhər ağa məscidi və s. məkanları ziyarət etdilər. Mədəniyyət paxtaxtımız və qürur yerimiz olan Şuşa şəhərində gəzinti

Daha ətraflı

Filologiya fakültəsində «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir

  Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində  «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir keçirilib.      Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      Narkomaniyanın fəsadlarına həsr olunan videoçarx nümayiş etdirilib.       Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  bəşəriyyəti böyük

Daha ətraflı