ELM VƏ ALİ TƏHSİL İCTİMAİYYƏTİNƏ AÇIQ İNFO-SESSİYA KEÇİRİLİB
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncədə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib.Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova və kafedranın müəllimi Aygün Yusubova həmin infosessiyada iştirak etmişlər.






