Kateqoriya Arxivləri: Kateqoriyasız

28 May -Müstəqillik Günümüz mübarək!

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi […]

Davamı

Azərbaycan dili və ədəbiyyatı ixtisasında (IV kurs) pedaqoji internatura davam edir…

16 fevral tarixindən etibarən Filologiya fakültəsinin tələbələri Gəncə şəhərində yerləşən orta  məktəblərdə pedaqoji təcrübə keçirlər. Təcrübəyə ixtisaslı müəllimlər rəhbərlik edirlər. Artıq dinləmə həftəsi başa çatmış və təcrübənin aktiv mərhələsi başlamışdır. Təcrübəçilər rəhbər müəllimlərin tərtib etdiyi cədvəllər üzrə sınaq dərsləri keçir, hər bir dərs metodistlər tərəfindən təhlil edilir, irad və tövsiyələr bildirilir və müvafiq ballarla qiymətləndirilir. […]

Davamı

17 May 2024-cü il tarixində fakültədə elmi sura keçirilmişdir.

17 may  2024-cü il tarixində Filologiya fakültəsi Elmi Şurasının iclası  keçirilmişdir. İclasın gündəliyində aşağıdakı məsələlər əksini tapırdı:                                         G Ü N D Ə L İ K   M Ə S Ə L Ə 1. I-III kurslarda yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında  2.Açıq dərslərin və monitorinqlərin nəticələri haqqında 3.Tədris-metodiki şuranın hesabatı 4.Cari məsələ  İclasda 2024-cü tədris […]

Davamı

Ulu Öndər Heydər Əliyevi Hörmət və ehtiramla yad edirik.

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə […]

Davamı

Qəribə Xəlilovanın dərsi

Gəncə Dövlət Universitetininn Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Qəribə Xəlilovanın” Ədəbiyyatın tədrisi metodikası” fənnindən seminar dərsində bu dəfə mövzunu tələbələr bacarıqla çox gözəl tərzdə təqdim etdilər! Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III-4 kurs tələbələrinin mövzu təqdimatı, ümumən dərsin gedişatı olduqca böyük məmnunluq doğurdu!!

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU YUSİF YUSİBOV “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923-2023)” YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.        Aprelin 30-da Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının […]

Davamı

ELM VƏ TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ BAKALAVRİAT TƏHSİL SƏVİYYƏSİNİN 050205­­­­­­­­­­­­­­­­­­­­­­­­­ – FILOLOGIYA (AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI) İXTİSASI ÜÇÜN TƏHSİL PROQRAMI VƏ FƏNLƏR ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının 26.12.2023-cü il, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının       20.12.2023-cü il tarixli iclaslarında müzakirə edilərək bəyənilmiş və qəbul edilmişdir. GƏNCƏ – 2024 Hazırlayanlar:        Telman Ziyatxan […]

Davamı

Görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsi ev muzeyində böyük hörmət və ehtiramla anıldı!

26 aprel 2024-cü il tarixdə görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsi ev muzeyində böyük hörmət, ehtiramla anıldı! AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin də iştirak, Və yüksək səviyyədə çıxış etdiyi tədbir dinləyicilərdə böyük maraq doğurdu! Ruhunuz şad olsun, Mir Cəlal müəllim! Bu […]

Davamı