20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin sabitliyi, nüfuzu və dayanıqlılığı, ilk növbədə, onların hüquqi əsaslarının möhkəmliyindən və suverenlik anlayışının qorunmasından asılıdır. Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual

