f.e.d., professor Yusifov Mübariz İmran oğlu
20 dekabr 1946-cı ildə Xanlar rayonunun Alıncalı kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Sabirabad rayonunda başlamışdır. Əvvəlcə rayonun kənd məktəbində müəllim, sonra məktəb direktoru işləmişdir. 1975-ci ildən əmək fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda davam etdirmişdir. Filologiya elmləri doktoru, professordur. 1995-ci ildən 2006-cı ilə kimi Gəncə Dövlət Universitetinin rektoru vəzifəsində, 2013-2018-ci illərdə isə Filologiya fakültəsinin dekanı kimi işləmışdir. Hazırda Azərbaycan dili kafedrasının professoru kimi fəaliyyətini davam etdirir.
200-ə yaxın elmi məqalənin, 20-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Respublikada ixtisas üzrə 30-dan artıq elmi kadr yetişdirmişdir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Uzun müddət Yeni Azərbaycan Partiyası Gəncə Təşkilatının sədr müavini, idarə heyətinin üzvü olmuşdur. Hazırda Şuranın üzvüdür.
Ailəlidir, iki oğlu vardır.