f.e.d., professor Əliyev Yadigar Vəli oğlu
Qısa bioqrafik məlumat:
1969-cu il aprelin 22-də anadan olmuşdur. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə, 1996-cı ildə BDU-nun aspiranturasını “Türk dilləri” ixtisası üzrə bitirmişdir. 1999-cu ildə “Qədim türk ədəbi dili dialektfövqü (ədəbi) hadisə kimi” mövzusunda namizədlik, 2011-ci ildə “Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türki) keçid dövrü” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2011-2013-cü illərdə GDU-nun filologiya fakültəsinin dekanı olmuşdur. 2013-cü iln fevralından dekabrına qədər GDU-nun rektoru işləmişdir. Azərbaycan dili kafedrasının professoru, filologiya üzrə elmlər doktorudur.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Elmi fəaliyyəti:
Əsasən qədim türk yazılı abidələri, qədim türk əlifbasının tədqiqi ilə məşğuldur. Qədim və orta əsrlər türk yazılı abidələrinin dilinə aid Respublikamızın, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın nüfuzlu elmi nəşrlərində dərc edilmiş elmi məqalələrin, monoqrafiyalar, dərs vəsaitləri, metodik vəsaitlərin müəllifidir. 11 kitabın müəlliifidir:
-Qədim türk runik yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, 2004, 190 səh.
-Qədim türk runik yazılı abidələrinin dili. Bakı, 2004, 182 səh.
-“Kitabi-Dədə Qorqud”un dilində mürəkkəb cümlə. Bakı, 2004, 58 səh.
-Orxon-Yenisey abidələri və ortaəsrlər türk ədəbi dili-türki. Bakı, 2005, 173 səh.
-“Kitabi-Dədə Qorqud” və bədii mətnin struktur-semantik təşkili. Bakı, 2005, 137 səh.
-“Kitabi-Dədə Qorqud” və bədii mətnin fonoloji strukturu. Bakı, 2006, 121 səh.
-Kontrastiv leksikologiyadan oçerk. Bakı, 2006, 41 səh.
-“Kitabi-Dədə Qorqud” və bədii mətnin leksik-senantik strukturu. Bakı, 2007, 100 səh.
-Ümumi mətnşünaslıq. Bakı, 2007, 248
-Qədim türk əlifbası: tarixi, mənşəyi, təşəkkülü. Bakı, 2008, 234 səh.
-Azərbaycanın qədim türk runik yazılı abidələri. Bakı, 2008, 120 səh.