Məlikova Gülarə Aqaid qızı
Məlikova Gülarə Aqaid qızı
Vəzifəsi: dosent
Telefon nömrəsi:055-863-39-75
E-mail:gulara.melikova@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT:
- 12 fevral 1969 – cu ildə Qazax rayonunda ziyalı ailəsində anadan olmuşdur.
- 1976 – cı ildə Gəncə şəhəri M.Ə. Sabir adına 5 saylı orta məktəbin I sinfinə getmişdir.
- 1986 – cı ildə həmin məktəbi tərifnamə ilə bitirmişdir.
TƏHSILI və ELMI DƏRƏCƏ ADLARI:
- 1986 – cı ildə H. Zərdabi adına KDPİ – nin (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1991 – ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirmişdir. Təhsildəki nailiyyətlərimə görə fakültənin xüsusi təqaüdünə layiq görülmüşdür.
ƏMƏK FƏALİYYƏTİ:
- 1991 – 1994 – cü illərdə M. Mehdizadə adına 4 saylı orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.
- 2001 – ci ildən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. Hal – hazırda Azərbaycan dili kafedrasında dosent vəzifəsində çalışır.
- Pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətlə də məşğul olmuşdur. 2009 – cu ildə namizədlik dissertasiyamı uğurla müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
- 2016 – cı ildə Azərbaycan dili kafedrasının dosenti elmi adını almışdır. Dərs vəsaiti, metodik vəsait, tədris etdiyi fənlərə dair proqram və məqalələrin müəllifidir.
TƏLTİFLƏRİ:
- 2020/2021 – ci tədris ilinin yaz semesrində nümunəvi onlayn dərslərin təşkilində və yaz imtahan sessiyasında testlərin yoxlanması, seçilməsində fəal iştirakı nəzərə alınaraq 28 may Respublika günü münasibətilə “Fəxri Fərmanla” təltif edilmişdir.
TƏDQİQAT SAHƏSİ:
- Azərbaycan dili, ümumi dilçilik, əski Azərbaycan yazısı, nitq və dil, Azərbaycan dilinin tədrisində qrammatika problemləri.
ELMİ ƏSƏRLƏRİ:
- Ərəb qrafikalı Azərbaycan yazısı. (Dərs vəsaiti). Bakı – 2014.
- Azərbaycan dilində söz birləşmələri və cümlə üzvləri. (Metodik vəsait). Bakı – 2015.
- G. Məlikova, M. Məmmədova. Tədris təcrübəsinin keçirilməsinə aid proqram. Ali məktəblərin bakalavr pilləsi üçün. Bakı, 2013.
- Prof. T. Z. Quliyev, f. f. d. dos. əv. Gülarə Məlikova, f. f. d. dos. əv. Aidə Həsənova. “Müasir Azərbaycan dili fənninin “Sintaksis” bölməsi üzrə” adlı fənn proqramı. Bakı – 2015.
- Məlikova G.A. “Azərbaycan dilinin türk dillərinin sistemində yeri” adlı fənn proqramı. Gəncə – 2015.
- Professor T.Z .Quliyev, dosent G. A. Məlikova, dosent A.Ə. Həsənova “Dilçiliyə giriş” fənni üzrə proqram. Bakı – 2016.
- Filologiya elmləri doktoru Y.V. Əliyev, dosent G. A .Məlikova, dosent A.Ə. Həsənova ”Əski Azərbaycan yazısı” fənni üzrə proqram. Bakı – 2018.
- Professor T.Z .Quliyev, dosent G. A. Məlikova “Azərbaycan dilinin tədrisində qrammatika problemləri” fənni üzrə proqram. Gəncə – 2023.
- Məqalələr
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
- Azərbaycan Respublikasında, eləcə də ölkə hüdudlarından kənarda keçirilmiş beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.
Partiyalığı: YAP