dosent Cəfərova Sürayə Məmməd qızı
Qısa bioqrafik məlumat:
Akstafa rayonunun Poylu stansiyasında anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonara ADU-nun filalogiya fakültəsinə daxil olmuş, 1968-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Ali və Orta İxtisas Nazirliyinin təyinatı ilə GDPİ-nin Azərbaycan dili kafedrasına müəllim təyin olunmuşdur. 1972-73-cü ildə ADU-nun türkologiya kafedrasının aspirantı olmuş,1974-cü ildə “Müasir türk dillərində təqlidi sözlər” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır.
1982-84-cü illərdə ADU-nun Türkologiya kafedrasının doktorantı olmuşdur.1980-ci ildən GDU-nun Azərbaycan dili kafedrasının dosentidir.
Uzun müddətdir “Oğuz Səlcuq yazılı abidələrinin orfoqrafiyası” adlı elmi iş üzərində çalışır. Bu sahəyə aid bir sıra məqaləsi çap olunmuşdur.