Zakir Aslan oğlu Ələsgərov

4.Zakir Aslan oğlu Ələsgərov

Vəzifəsi :filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan dili kafedrasının dosenti

Telefon

050-526-68-86

E-mail

    zakirelesgerov@mail. ru

Qısa bioqrafik məlumat

  • 1949-cu il martın 20-də  Gəncə  şəhərində anadan olmuşdur.
  • 1955-1966-cı illərdə Kirovobad şəhəri Maksim Qorki adına 1 saylı orta məktəbdə oxumuşdur.
  • 1980-1992-ci illərdə dörd çağırış Gəncə şəhərinin Gəncə (indiki Nizami) rayonu üzrə Xalq Deputatları Sovetinin  deputatı, 1983-1991-ci illərdə rayon və şəhər partiya komitəsinin,   2004-2008-ci illərdə və 2013-2014-cü illərdə  Gəncə Dövlət Universiteti Elmi Şurasının üzvü  olmuşdur.

Təhsili

  • 1968-1972-ci illərdə H.Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) ali təhsil almışdır.

Elmi dərəcəsi və adları Filologiya üzrə fəlsəfə doktoru, dosent

  • 1990-2000-ci illərdə Azərbaycan dili terminoloji fondunun  zənginləşməsində  müasir mətbuatın rolunu araşdırmış, bununla əlaqədar dövrü mətbuatda, elmi məcmuələrdə məqalələr dərc etdirmiş, tədqiqat işini yekunlaşdıraraq, 2010-cu ilin may ayında “Azərbaycan dili terminoloji fondunun  zənginləşməsində  müasir  mətbuatın  rolu (1990-2000-ci illər)” mövzusunda dissertasiya müdafiə edərək 2011- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016- cı ildə isə dosent elmi adı  almışdır.

Əmək fəaliyyəti

  • 1966-cı ildə Kirovobad şəhəri 3 saylı ağac emalı zavodunda fəhlə kimi başlamışdır.
  • 1968-ci ilin sentyabr ayınadək orada dülgər, rəngsaz işləmişdir.
  • 1972-1975- ci illərdə Xanlar rayonunun Poylu kəndində , 1975-1981-ci illərdə Kirovobad şəhəri 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1976-1981-ci illərdə, eyni zamanda, həmin məktəbin azad komsomol komitəsinin katibi vəzifəsində  işləmişdir. 
  • 1981-1988-ci illərdə partiya işinə   irəli  çəkilərək  Azərbaycan  KP  Gəncə Rayon  Komitəsində  təlimatçı, siyası  maarif  kabinetinin  müdiri, təbliğat  və  təşviqat şöbəsinin  müdiri vəzifəsində,işləmişdir.
  • 1988-1991-ci illərdə  isə  Kirovobad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin ) partiya  komitəsinin katibi vəzifəsində işləmişdir.
  •   1991-1993-cü illərdə həmin institutda  müvəqqəti kadrlar şöbəsinin rəisi, böyük laborant işləmişdir.
  •  1993-1995-ci illərdə  Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
  • 1998-dən Gəncə Dövlət Universiteti rektorunun köməkçisi, 2000-ci idən isə rektorun  məsləhətçisi  işləmişdir.
  •   2008-ci  ilin  mart  ayından həmin universitetin Filologiya fakültəsinin tədris işləri  üzrə dekan  müavini, 2003-cü ildən eyni zamanda  Azərbaycan dilinin tədrisi  kafedrasının  müəllimi kimi  fəaliyyət  göstərmişdir.   
  • 2019-cu ilin fevral ayının 15-də fakültə əməkdaşlarının ümumi yığıncağında fakültə dekanı seçilmişdir.

Tədqiqat sahəsi

           Terminologiya

Elmi əsərləri

30 elmi əsərlər və məqalələrin müəllifidir

  1. Azərbaycan müasir təhsilin bəzi problemləri və onların xarakterik xüsusiyyətlərinə    dair.   Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2013, No2, cild: 9, səh. 23-26.

       2.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim    hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.04.2014-cü il tarixli, 472 Noli əmri ilə təsdiq olunmuş metodiki vəsait, Bakı, Mütərcim, 2014, 80 səh.

3.B.Abbasova, Z.Ələsgərov. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014-cü il tarixli, 1274 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı, Bakı, 2015

4.B.Abbasova, Z.Ələsgərov. Tərbiyə prosesinin normativ-hüquqi əsasları (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil  Nazirliyinin  16.12.2014-cü il tarixli 1274 Noli əmri  ili təsdiq olunmuş fənn proqramı, Bakı, 2015.

5.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim   hazırlığı ixtisasları üzrə magistr pilləsi üçün), Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.02.2015-ci il tarixli, 190 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı , Bakı, 2015.

Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı

Dil bilgisi

Azərbaycan, rus, türk

Partiyalığı

YAP üzvü