Mübariz İmran oğlu Yusifov.
2.
Mübariz İmran oğlu Yusifov.
Vəzifəsi: professor
Telefon: 050-392-44-80
E–mail:
Qısa bioqrafik məlumat:
-1946-ci il dekabrın 20-də Xanlar (Samux) rayonunun Alıncalı kəndində anadan olmuşdur.
– 1952 –1963-cü ildə Samux rayonu Nəbiağalı kəndindəki M.Ə.Sabir adına 11 illik məktəbdə başa vurmuşdur.
-1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, 1969-cu ildə filoloq, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə həmin fakültəni bitirmişdir.
-1975-ci ildə Mübariz Yusifov görkəmli dilçilər professor Vaqif Aslanov və professor Zərifə Budaqovanın tövsiyəsi ilə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin olunur. Cəmi bir ildən sonra, 1976-cı ildə Mübariz Yusifov dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
Öz tədqiqat istiqamətlərini türkologiya sahəsinə yönəldən Mübariz Yusifov Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Məmmədağa Şirəliyevin tövsiyəsi ilə və görkəmli sovet dilçisi Aleksandr Mixayloviç Şerbakla razılaşdırılmış qaydada Oğuz qrupu türk dillərinin müqayisəli fonetikası üzrə tədqiqat işinə başlayır. 1986-cı ildə də həmin addakı doktorluq dissertasiyasını müdafiə edir.
Təhsili: ali
Elmi dərəcəsi və adları: filologiya elmlər doktoru, professor
Əmək fəaliyyəti: 54 il.
Təltifləri: 2018-ci ildə uzun illər elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq Respublika Prezidentinin Sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Tədqiqat sahəsi: Azərbaycan və türk dilləri.
Elmi əsərləri: Mübariz Yusifov 200-dən artıq elmi məqalənin, 20-dən artıq dərslik, dərs vəsaiti, tədris proqramı və monoqrafiyaların müəllifidir.
Onun 1997-ci ildə çapdan çıxan “Dahi şəxsiyyətin nitq fenomenliyi” kitabı Ulu Öndər Heydər Əliyevin diplomatiya üslubunu səciyyələndirən bənzərsiz nitqinə həsr olunmuşdur. 2003-cü ildə çap olunan “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” kitabında Ulu Öndər Heydər Əliyevin bünövrəsini yaratdığı milli ideologiyanın başlıca prinsipləri şərh edilir. 2004-cü ildə nəşr olunmuş “Dövlətçilik və dil”, 2005-ci ildə çap olunan “Heydər Əliyev işığında” adlı kitabda Ulu Öndərin ictimai-siyasi fəaliyyətinə dair Mübariz Yusifovun yazdığı, respublika mətbuatında və digər mənbələrdə nəşr olunmuş məqalələri ümumiləşdirilir. 2005-ci ildə çap olunmuş “Milli Lider və müstəqil dövlətçilik” adlı kitabda da Heydər Əliyevin Azərbaycan xalqı naminə gördüyü işlər onun özünün ictimai-siyasi fəaliyyəti nəticəsində formalaşmış dövlətçilik ənənələri təməlində şərh edilir. 2010-cu ildə nəşr olunmuş “Azərbaycançılıq”, 2012-ci ildə çap etdirdiyi “Nizamidə Azərbaycançılıq” adlı kitablarını çap etdirmişdir. 1984-cü ildə çap etdirdiyi “Oğuz qrupu türk dillərinin müqayisəli fonetikası”, 1995-ci ildə çap etdirdiyi “Türk dillərində kök sözlərin fonomorfologiyası. Söz keçidləri” I hissə, “Türk dillərində kök sözlərin fonomorfologiyası. Kök törəmələri” II hissə, 2001-ci ildə çap olunmuş “Türkologiyaya giriş”, 2012-2013-cü illərdə çap etdirdiyi “Azərbaycan dili fonetikasının əsasları” kitablarda və bu sahə ilə bağlı digər məqalələrində əhatə olunur. 2014-cü ildə nəşr olunan “Mirzə Şəfi Vazeh-220” kitablarında, 2019-cu ildə çap olunmuş irihəcmli “Nitq mədəniyyəti” adlı kitab, 2004-cü ildə çap olunan “Gəncənin maddi mədəniyyət abidələri” kitabının, 2016-cı ildə çap olunan “Gəncə İmamzadə ziyarətgahı” kitabı ziyarətgahın açılışı mərasimində özü tərəfindən Azərbaycan Respublikası Prezidentinə təqdim edilmişdir. 2018-ci ildə Gəncə Dövlət Universitetinin 80- illiyinə dair hazırlanmış “Gəncə Dövlət Universiteti” – 80” adlı kitabların müəllifidir.
Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:
Dil bilgisi: Azərbaycan, rus, türk, ingilis
Partiyalığı: YAP.