dosent Mehrəliyeva Gülcöhrə Əbduləli qızı

 

mehreliyeva-gulcohre

Qısa bioqrafik məlumat:

 5 may 1943-cü ildə Qazax rayonunun Pirili kəndində ziyalı ailəsində anadan olmuşdur.1951-ci ildə Pirili kənd orta məktəbinə daxil olmuş və 1961-ci ildə həmin məktəbi bitirmişdir. 1962-ci ildə S.M.Kirov adına ADU-nin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş, 1968-ci həmin fakültəni bitirmişdir.1968-ci ildən təyinatla Bakı Neft Texnikumuna müəllim göndərilmişdir. 1969-cu ildən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında işləyir.

1990-cı ildə Bakı Dövlət Universitetinin nəznindəki Müdafiə Şurasında “Azərbaycan dilində təsirlik hallı feli birləşmələr” adlı namizədlik dissertasiyasını  müdafiə edib,  filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1999-cu  ildən  Azərbaycan dili kafedrasının dosentidir.

1989 – 2010-cu ilə qədər filologiya fakültəsi həmkarlar təşkilatının sədri vəzifəsində işləmişdir. Fakültə Elmi Şurasının üzvüdür.

Azərbaycan dilinin müxtəlif sahələrinə dair 11 məqalənin, 1 metodik göstərişin, 1 metodik vəsait və “Müasir Azərbaycan dili”(Sintaksis) fənn proqramının  müəllifidir.

YAP-ın üzvüdür.