HÜSEYNOVA YEGANƏ SABİR QIZI

               

BİOQRAFİK MƏLUMAT

25.11. 1965 – ci ildə Goranboy rayonunda anadan olub.1990-cı ildə H. Zərdabi adına Kirovabad  Dövlət Pedoqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti)  Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildən də Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında əmək fəaliyyətinə başlamışdır.

ELMİ DƏRƏCƏSİ

  • Filologiya üzrə fəlsəfə doktoru

ƏMƏK FƏALİYYƏTİ

  • 1990-2000- ci illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnistitutunun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant işləmişdir.
  • 2000-ci ildən Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsində çalışır.

FƏNN PROQRAMLARI

  • Azərbaycan ədəbiyyatı tarixi (XIX), 2012
  • Azərbaycan ədəbiyyatı tarixi- 3
  • Ölkə ədəbiyyatı tarixi -3
  • Ədəbiyyat nəzəriyyəsi

 

  • TƏDQİQAT SAHƏSİ
  • Azərbaycan ədəbiyyatı tarixi
  • Dissertasiya mövzusu: “Bəxtiyar Vahabzadənin poemaları”
  • 60-dən çox elmi məqaləsi Beynəlxalq və Respublika mətbuatında nəşr olunmuşdur.

İŞTİRAK ETDİYİ KONFRANS VƏ SİMPOZİUMLAR

  • 20-dən çox Respublika və Beynəlxalq elmi konfrans və simpoziumda çıxış etmişdir.
  • Respublika və Beynəlxalq elmi konfrans və simpoziumda iştirakına görə 20-dan çox sertifikat və təşəkkürnamə ilə təltif edilmişdir.