Zakir Aslan oğlu Ələsgərov
4.Zakir Aslan oğlu Ələsgərov
Vəzifəsi :filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan dili kafedrasının dosenti
Telefon
050-526-68-86
zakirelesgerov@mail. ru
Qısa bioqrafik məlumat
- 1949-cu il martın 20-də Gəncə şəhərində anadan olmuşdur.
- 1955-1966-cı illərdə Kirovobad şəhəri Maksim Qorki adına 1 saylı orta məktəbdə oxumuşdur.
- 1980-1992-ci illərdə dörd çağırış Gəncə şəhərinin Gəncə (indiki Nizami) rayonu üzrə Xalq Deputatları Sovetinin deputatı, 1983-1991-ci illərdə rayon və şəhər partiya komitəsinin, 2004-2008-ci illərdə və 2013-2014-cü illərdə Gəncə Dövlət Universiteti Elmi Şurasının üzvü olmuşdur.
Təhsili
- 1968-1972-ci illərdə H.Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) ali təhsil almışdır.
Elmi dərəcəsi və adları Filologiya üzrə fəlsəfə doktoru, dosent
- 1990-2000-ci illərdə Azərbaycan dili terminoloji fondunun zənginləşməsində müasir mətbuatın rolunu araşdırmış, bununla əlaqədar dövrü mətbuatda, elmi məcmuələrdə məqalələr dərc etdirmiş, tədqiqat işini yekunlaşdıraraq, 2010-cu ilin may ayında “Azərbaycan dili terminoloji fondunun zənginləşməsində müasir mətbuatın rolu (1990-2000-ci illər)” mövzusunda dissertasiya müdafiə edərək 2011- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016- cı ildə isə dosent elmi adı almışdır.
Əmək fəaliyyəti
- 1966-cı ildə Kirovobad şəhəri 3 saylı ağac emalı zavodunda fəhlə kimi başlamışdır.
- 1968-ci ilin sentyabr ayınadək orada dülgər, rəngsaz işləmişdir.
- 1972-1975- ci illərdə Xanlar rayonunun Poylu kəndində , 1975-1981-ci illərdə Kirovobad şəhəri 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1976-1981-ci illərdə, eyni zamanda, həmin məktəbin azad komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.
- 1981-1988-ci illərdə partiya işinə irəli çəkilərək Azərbaycan KP Gəncə Rayon Komitəsində təlimatçı, siyası maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində,işləmişdir.
- 1988-1991-ci illərdə isə Kirovobad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin ) partiya komitəsinin katibi vəzifəsində işləmişdir.
- 1991-1993-cü illərdə həmin institutda müvəqqəti kadrlar şöbəsinin rəisi, böyük laborant işləmişdir.
- 1993-1995-ci illərdə Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
- 1998-dən Gəncə Dövlət Universiteti rektorunun köməkçisi, 2000-ci idən isə rektorun məsləhətçisi işləmişdir.
- 2008-ci ilin mart ayından həmin universitetin Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, 2003-cü ildən eyni zamanda Azərbaycan dilinin tədrisi kafedrasının müəllimi kimi fəaliyyət göstərmişdir.
- 2019-cu ilin fevral ayının 15-də fakültə əməkdaşlarının ümumi yığıncağında fakültə dekanı seçilmişdir.
Tədqiqat sahəsi
Terminologiya
Elmi əsərləri
30 elmi əsərlər və məqalələrin müəllifidir
1. Azərbaycan müasir təhsilin bəzi problemləri və onların xarakterik xüsusiyyətlərinə dair. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2013, No2, cild: 9, səh. 23-26.
2.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.04.2014-cü il tarixli, 472 Noli əmri ilə təsdiq olunmuş metodiki vəsait, Bakı, Mütərcim, 2014, 80 səh.
3.B.Abbasova, Z.Ələsgərov. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014-cü il tarixli, 1274 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı, Bakı, 2015
4.B.Abbasova, Z.Ələsgərov. Tərbiyə prosesinin normativ-hüquqi əsasları (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014-cü il tarixli 1274 Noli əmri ili təsdiq olunmuş fənn proqramı, Bakı, 2015.
5.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim hazırlığı ixtisasları üzrə magistr pilləsi üçün), Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.02.2015-ci il tarixli, 190 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı , Bakı, 2015.
Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı
Dil bilgisi
Azərbaycan, rus, türk
Partiyalığı
YAP üzvü