Yadigar Vəli oğlu Əliyev

3.Yadigar Vəli oğlu Əliyev

Vəzifəsi :filologiya elmləri doktoru, dosent

Azərbaycan dili kafedrasının dosenti

Telefon

022 2570485

E-mail

yadigar_aliyev@mail.ru

Qısa bioqrafik məlumat

•1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

•1975-1985-ci illərdə Gəncə şəhəri 28 saylı orta məktəbdə oxumuşdur.

Təhsili

•1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir

•1996-cı ildə BDU-nun aspiranturasını turk dilləri ixtisası üzrə bitirmişdir.

Elmi dərəcəsi və adları

Filologiya elmləri doktoru, dosent

1999-cu ildə “Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası, 2011-ci ildə “Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə keçid dövrü” mövzusunda elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyəti

•1996-2001-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzi N.Gəncəvi adına Gəncə Universitetində Dillər kafedrasının müəllimi, referent, baş müəllim vəzifələrində işləmişdir.

•2001-2011-ci illərdə Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllim, dosent vəzifələrində çalışmışdır.

•2011-2013-cü illərdə Gəncə Dövlət Universitetində filologiya fakültəsinin dekanı olmuşdur.

•2013-cü ilin fevral-dekabr aylarında Gəncə Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir.

•2014-2019-cu illərdə Azərbaycan dili kafedrasında professor əvəzi işləmişdir.

•2019-cu ildən Azərbaycan dili kafedrasının dosentidir.

Tədqiqat sahəsi

Qədim və orta əsrlər türk yazılı abidələri

Elmi əsərləri

• Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı (Bakı: Nurlan, 2004, 11,8 ç.v.)

• «Kitabi-Dədə Qorqud”un  dilində mürəkkəb cümlə (Bakı: Nurlan, 2004, 3,8 ç.v.),

• Qədim türk (runik) yazılı abidələrinin dili (magistr hazırlığı üçün dərs vəsaiti. Bakı: Nurlan, 2004, 11,6 ç.v.),

• Orxon-Yenisey abidələri və orta əsrlər türk ədəbi dili – türki (Bakı: Nurlan, 2005, 10,8 ç. v.),

• «Kitabi-Dədə Qorqud” və bədii mətnin struktur-semantik təşkili (Bakı: Nurlan, 2005, 8,5 ç.v.),

• «Kitabi-Dədə Qorqud” və bədii mətnin fonoloji strukturu (Bakı: ADPU nəşri, 2006,  7,6 ç.v.),

• Kontrastiv leksikologiyadan oçerk (Bakı: 2006, 2,6 ç.v.),

• «Kitabi-Dədə Qorqud” və bədii mətnin leksik-semantik strukturu (Bakı:ADPU nəşri, 2007, 6,5 ç.v.),

• Ümumi mətnşünaslıq (dərs vəsaiti. Bakı: ADPU nəşri, 2007, 16,0 ç.v.),

• Qədim türk əlifbası: ta­­­rixi, mənşəyi, tə­şək­külü (Bakı: ADPU nəşri, 2008, 15,0 ç.v.),  

• Azərbaycanın qədim türk runik yazılı abidələri (Bakı: ADPU nəşri, 2008, 7,5 ç.v.),

• Qədim dil (dərslik. Bakı: Elm və təhsil, 2018, 8,8 ç.v.)

• Фонетические варианты асемантических корневых морфем на азербайджанском языке // Miçdzynarodove czasopismo naukowe. Colloquium-journal. Warszawa, Polska. № 7 (130). – 2022.  – p. 39-44

Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı

• Almatıda keçirilmiş 8-ci beynəlxalq sosial elmlər konfransı.Qazaxıstan, Almatı, 21-22 iyul, 2020 -ci il

• IX Uluslararası Türk Dili Kurultayı. Bilge Tonyukuk Anısına. 26-30 Eylül 2021, Ankara

• İnternational Gobek­li­tepe Social And Human Sciences Congress -II. May 6-8, 2021. Harran Uni­­versity, Sanli­urfa, Tur­key

• İnternational Conference. The Great Azerbaijani Poet Nizami Ganjavi  And Eastern-Western Literary-Cultural Heritage. December 23-24, 2021. Baku State University. Baku, Azerbaijan

Dil bilgisi

Rus dili

Partiyalığı

YAP üzvü