dosent Mehrəliyeva Gülcöhrə Əbduləli qızı
Qısa bioqrafik məlumat:
5 may 1943-cü ildə Qazax rayonunun Pirili kəndində ziyalı ailəsində anadan olmuşdur.1951-ci ildə Pirili kənd orta məktəbinə daxil olmuş və 1961-ci ildə həmin məktəbi bitirmişdir. 1962-ci ildə S.M.Kirov adına ADU-nin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş, 1968-ci həmin fakültəni bitirmişdir.1968-ci ildən təyinatla Bakı Neft Texnikumuna müəllim göndərilmişdir. 1969-cu ildən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında işləyir.
1990-cı ildə Bakı Dövlət Universitetinin nəznindəki Müdafiə Şurasında “Azərbaycan dilində təsirlik hallı feli birləşmələr” adlı namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1999-cu ildən Azərbaycan dili kafedrasının dosentidir.
1989 – 2010-cu ilə qədər filologiya fakültəsi həmkarlar təşkilatının sədri vəzifəsində işləmişdir. Fakültə Elmi Şurasının üzvüdür.
Azərbaycan dilinin müxtəlif sahələrinə dair 11 məqalənin, 1 metodik göstərişin, 1 metodik vəsait və “Müasir Azərbaycan dili”(Sintaksis) fənn proqramının müəllifidir.
YAP-ın üzvüdür.