Telman Ziyatxan oğlu Quliyev.

   1. Telman Ziyatxan oğlu Quliyev.

•1949-cu il noyabr ayının 4-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Molla-Əhmədli (indiki Xadeveti) kəndində anadan olmuşdur.

•1967-ci ildə Bolnisi rayonunun Aşağı-Qoşakilsə kənd orta məktəbini bitirmişdir. •1967-ci ildə A.S.Puşkin  adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olmuşdur.

•1971-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

•1989-cu ildə M.Rəsulzadə adına BDU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında (D.054.03.01) “İ.Şıxlının əsərlərinin leksik-üslubi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

2007-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında (D.01.141) “Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə prosesi (1920-1990-cı illər)” mövzusunda doktorluk dissertasiyası müdafiə etmiş, 2008-ci ilin yanvar ayından  filologiya üzrə elmlər doktorudur. 2013-cü ilin oktyabr ayından Azərbaycan dili kafedrasının professorudur.

“Azərbaycanca-Gürcücə məktəbli lüğəti”nin (TDU nəşriyyatı,1989) redaktorudur. 6 il Gəncə Dövlət Universitetinin “Elmi əsərlər məcmuüəsi”nin baş redaktor müavini olmuşdur.

   Kafedrada yerinə yetirilən elmi-tədqiqat və tədris-metodiki işlərə layiqincə rəhbərlik edir.

Azərbaycançılıq ideologiyasının gənc nəslə aşılanmasına  müntəzəm xidmət göstərir. Universitet və fakültə Elmi Şurasının üzvüdür.      

  • Təhsili: ali
  • Elmi dərəcəsi və adları: filologiya elmlər doktoru, professor
  • Əmək fəaliyyəti: 52 il

•1971-ci ildən 1972-ci ilə qədər  Marneuli rayonunun N.Nərimanov adına Qızılhacılı kənd orta məktəbində  müəllim işləmişdir.

• 1972-ci ildən 1991-ci ilə qədər A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasında laborant, baş laborant və müəllim işləmişdir.

•1991-ci ildən 2003-cü ilədək H.Zərdabi adına GDPİ-nin (İndiki Gəncə Dövlət Universitetinin) Qazax filialında humanitar fənlər kafedrasında müəllim, kafedra müdiri əvəzi və kafedra müdiri vəzifəsində işləmişdir.

•2000-2006-ci illərdə Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmış, eyni zamanda Universitetin Azərbaycan dili kafedrasının dosenti olmuşdur.

• 2014 – cü ildən hal-hazıra qədər Azərbaycan dili kafedranın müdiridir.

Pedaqoji fəaliyyətilə yanaşı elmi kadrların hazırlanmasında da xidmət göstərmişdir. Bu dövr ərzində  8 nəfər filologiya üzrə fəlsəfə doktoru yetişdirmişdir. Hazırda 4 nəfər doktorant və dissertantın namizədlik dissertasiya işlərinə rəhbərlik edir.

  • Təltifləri: Gürcüstan Respublikası Prezidentinin 07 dekabr 2001-ci il tarixli Fərmanı ilə “Şöhrət” medalı ilə təltif olunmuşdur.
  • Tədqiqat sahəsi: Azərbaycan dilçiliyi,leksikologiya və terminologiya
  • Elmi əsərləri: 130-a yaxın elmi-metodik əsərlərin, o cümlədən, 5  monoqrafiya,  1 dərslik, 2 metodik vəsait, 3 dərs vəsaiti, 22 fənn proqramı və 95 – dən çox məqalə, konfrans materialları və tezislərin müəllifidir.
  • Омонимия сложных слов и фразеологизмов. Европейский журнал гуманитарных и общественных наук. Aвстрия (импактфактор), 2019. №1
  • 1.prof. Quliyev T.Z. müəl. Günay Hüseynova. İsmayıl Şıxlı yaradıcılığında emosional-ekspressiv obrazlaşdırma. İsmayıl Şıxlı yaradıcılığına həsr olunmuş “Filologiya aktual problemləri” mövzusunda beynəlxalq konfrans. 3-4 dekabr. Bakı, 2020. səh. 108-111
  • 2. prof. Quliyev T., f.ü.f.d. b\m. Mehriban Məmmədova. Sinonimlərin bədii nəsrdə üslubi rolu (İsmayıl Şıxlının əsərlərinin materialları əsasında). Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. Terminologiya məsələləri. Bakı, Elm, 2020, №1, səh.39-49.
  • Professor T.Z .Quliyev, dosent G. A. Məlikova. Azərbaycan dilinin tədrisində qrammatika problemləri.  Fənn  proqramı.  Gəncə, 2023.
  • Professor T.Z .Quliyev, f.ü.f.d.M.Məmmədova. Azərbaycan dilinin tarixi və inkişafı.  Ali məktəblərdə magistr hazırlığı üçün  fənn proqramı (İxtisas: 060201-Filologiya).  Gəncə, 2023
  • Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:

Respublika və beynəlxalq səviyyədə keçirilən elmi konfranslarda iştirak etmişdir.

  • Dil bilgisi: Azərbaycan, rus, türk, gürcü
  • Partiyalığı: YAP