dosent Əliyev Xəlil Hüseyn oğlu
Qısa bioqrafik məlumat:
18 fevral 1950-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Bavayşılar (Musopriani) kəndində anadan olmuşdu.
1966-cı ildə orta məktəbi bitirib.1970-ci ildə GDu-nun (H. Zərdabi adına KDPİ) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub, 1974-cü ildə fərqlənmə diplomu ilə bitirib.Təyinatla Oğuz (Vartaşen) rayonunun Calud kəndində müəllim işləyib. 1977-ci ildən 1980-ci ilə qədər Gəncə (Kirovabad) 9 №-li texniki məktəbdə müəllim, 1980-ci ildən GDU-da laborant, müəllim və dosent vəzifələrində işləyib. Hazırda GDU-nun Azərbaycan dili kafedrasının dosentidir.Ailəlidir, iki övladı var.
1991-ci ildə namizədlik dissertasiyası müdafiə edib.
Elmi fəaliyyəti:
1999-cu ildə “Gürcüstanın türk mənşəli toponimlər” və “Onomastikanın tədrisinə aid metodik tövsiyyə”, 2008-ci ildə “40-cı otaqdan tilsimlərin açarları”(Borçalı,Axska,Qazax toponimləri)” monoqrafiyası, 2009-cu ildə “İzlər,sözlər (etimaloji dilçilik)”kitabları çap olunub.
Respublika və Beynəlxalq konfranslarda iştrak etmiş, məqalələri çap olunmuşdur.
Hazırda “Azərbaycan dilinin etimalogiyası” kitabını çapa hazırlayır.