dosent Solmaz Axund qızı Cəfərova
Qısa bioqrafik məlumat:
1956-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə 1saylı məktəbə daxil olmuş, 1973-cü ildə orta məktəbi bitirmişdir. 1974-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnistutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddətdə fəal ictimaiyyatçı olmuşdur.
1980-ci ildən 1996-cı ilə qədər Gəncə şəhər Pionerlər sarayında (indiki Gəncə şəhər Uşaq Yaradıcılıq evi) siyasi kütləvi şöbənin müdiri vəzifəsində çalışmışdır.
1996-cı ildə Azərbaycan dili kafedrasına müəllim təyin olunmuşdur. 2000-ci ildən filologiya elmləri namizədidir. 2006-cı ildən hal-hazıra qədər Azərbaycan dili kafedrasının dosentidir.
Ailəlidir, iki övladı var.