DOS. AFAQ XƏLİL QIZI YUSİFLİ
Azərbaycan ədəbiyyatı üzrə fəlsəfə doktoru, dosent
QISA BİOQRAFİK MƏLUMAT
- 17 iyun 1965-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
- 1972-1982-ci illərdə Gəncə şəhərində 16№-li orta məktəbdə təhsil almışdır.
TƏHSİL və ELMİ DƏRƏCƏ ADLARI
- 1988-ci ildə H.Zərdabi adına KDPİ-ni fərqlənmə diplomu ilə bitirmişdir.
- 2010-cu ildə “Füzuli irsi və 1920-60-cı illər Azərbaycan poeziyası” mövzusunda dissertisiyasını müdafiə edərək Azərbaycan ədəbiyyatı üzrə fəlsəfə doktoru adını almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1983-1989-cü illərdə Kirovabad şəhər pionerlər sarayında ədəbiyyat dərnəyinin rəhbəri
- 1989-1993-cü illərdə“Gəncə” Dövlət Tarix-mədəniyyət qoruğunun elmi-tədqiqat şöbəsinin əvvəlcə elmi işçisi, sonra şöbə müdiri
- 1993- 1999-cü illərdə Gəncə şəhəri M.Füzuli adına 22 №-li orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi
- 1999-cu ildən Gəncə Dövlət Universiteti, Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim
- 2005-ci ildən Gəncə Dövlət Universiteti, Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim
- 2012-ci ildən Gəncə Dövlət Universiteti, Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent
TƏLTİFLƏRİ
- 2021-si ildə Nizami Gəncəvinin 880-illik (1141-2021) münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi fərmanı ilə xatirə nişanı ilə təltif edilmişdir. (2021-ci il I-212№-li vəsiqə)
TƏDQİQAT SAHƏSİ
Klassik Azərbaycan ədəbiyyatının müasir ədəbiyyata təsiri, ədəbi obraz və tarixi reallıq problemlərinin müqayisəli təhlili, türkçülük və azərbaycançılıq ideologiyasının bədii ədəbiyyatda əksi, ədəbi nümunələrin tədrisi məsələləri.
ELMİ ƏSƏRLƏRİ
100-dən çox elmi məqalənin, o cümlədən“Çağdaş poeziya və Füzuli irsi” (Bakı,”Oka” 2008), “Dünya ədəbiyyatı tarixi. Antik dövr.” (Bakı, “Ağrıdağ”, 1999), “XVII əsr Qərbi Avropa ədəbiyyatı” (Bakı,”Elm və təhsil”, 2012), “M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi” (Bakı,”Elm və təhsil”, 2012), “Kitabi-Dədə Qorqud” dastanının tədrisi ilə bağlı mülahizələr”(Gəncə, Elm,2015), “Azərbaycan ədəbiyyatı – ədəbi-xronoloji cədvəllər” (Bakı,”Elm və təhsil”, 2012), “Tarixi gerçəklik və ədəbi obraz” – məqalələr toplusu (Bakı, “Elm və təhsil”, 2023) kimi monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARINDA İŞTİRAKI
Azərbaycanda və bir çox xarici ölkələrdə 2017-2023-cü illərdə 40-dan artıq beynəlxalq səviyyəli konfrans və simpoziumlarda iştirak etmişdir.