Namazova Səba Azad qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

QISA BİOQRAFİK MƏLUMAT

  • 1980-ci il sentyabr ayının 20-də Samux rayonu Nəbiağalı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.
  • 1987-1996-ci illərdə Samux rayonu Nəbiağalı qəsəbə əsas məktəbində, 1996-1998-ci illərdə Samux rayonu Nəbiağalı qəsəbə orta məktəbində təhsilini əla (fərqlənmə şəhadətnaməsi və attestatı ilə) başa vurmuşdur.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ və ADLARI

  • 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini (Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2004-cü ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsində təhsilin magistratura səviyyəsini Xarici ölkə xalqları ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsi almışdır.
  • 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru proqramı əsasında dissertantı olmuşdur.
  • 14 mart 2014-cü ildə “Molla Nəsrəddin” jurnalı və Gəncə ədəbi mühiti” mövzusunda 5716.01-Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktorualimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi uğurla keçmişdir.
  • Azərbaycan  Respublikasının  Prezidenti yanında  Ali Attestasiya Komissiyasının 13 may 2015-ci il tarixli (protokol № 15-k) qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
  • 2017-ci ilin yanvarından Gəncə Dövlət Universitetinin 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə elmlər doktoru proqramı əsasında dissertantıdır.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 dekabr 2022-ci il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə filologiya elmləri elm sahəsinin 5716.01-Azərbaycan ədəbiyyatı ixtisası üzrə Dosent Elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 2005-ci ilin fevralından Gəncə Dövlət Universitetinin Dünya ədəbiyyatı və mədəniyyətşünaslıq kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamışdır.
  • 2004-2013-cü illərdə Samux şəhəri M.Ə.Sabir adına 1 saylı məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir.
  • 2008-ci ildə Azərbaycan Müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.
  • 2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
  • Gəncə Dövlət Universiteti Elmi Şurasının 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsinə seçilmişdir.
  • 2011-2015-ci illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Tərbiyə işləri üzrə dekan müavini və akademik məsləhətçi (tyutor) vəzifələrində çalışmışdır.
  • Azərbaycan  Milli  Elmlər  Akademiyası  Rəyasət  Heyətinin Humanitar  və  İctimai  Elmlər  Bölməsinin  2014-cü  ilin  yekunlarına  dair  hesabat iclasında “Molla Nəsrəddin” jurnalında Azərbaycançılıq” adlı tədqiqatı mühüm elmi nəticələr sırasında qeyd edilmişdir.
  • ADA Universitetinin təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənən “Regionlarda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində 4 aylıq kursu ən yüksək nəticə ilə, uğurla başa vurmuşdur.
  • Yeni Azərbaycan Partiyasının 1999-cu ildən etibarən üzvüdür.

TƏLTİFLƏRİ

  • 1 noyabr 2018-ci ildə yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

  • XX əsr Azərbaycan ədəbiyyatı, mətbuat tarixi və publisistika məsələləri, kulturologiya

ELMİ ƏSƏRLƏRİ

  • 180-yə yaxın elmi əsərin (məqalə, tezis, konfrans materialı, 13 fənn proqramı (qrifli), 1 metodik vəsait, 2 monoqrafiya (biri müştərək olmaqla Türkiyədə nəşr edilmiş), 1 elmi tərtib kitabı və 1 dərs vəsaiti) müəllifidir. Fyodor Mixayloviç Dostoyevskinin yaradıcılığı (Gəncə, 2011, 42 səh.), Əli Razi Şamçızadə “Molla Nəsrəddin”də. Əsərlərindən nümunələr (Bakı: Elm və təhsil, 2017, 133 səh.), “Molla Nəsrəddin” jurnalı və Gəncə ədəbi mühiti (Bakı: Elm və təhsil, 2018, 168 səh.), XX əsr Azərbaycan ədəbiyyatı məsələləri (Bakı: Elm və təhsil, 2019, 248 səh.), Kadim Vatan Karabağ Karabağ Savaşı Şehit ve Gazileri̓ne Ancient Homeland Karabakh To the Martyrs and Veterans of the Karabakh War (Divan Kitap. SBN: 978-605-4239-65-8, 1. Baskı, 2022, Ankara. İstanbul. 572 sayfa.) adlı metodik vəsait, elmi tərtib kitabı, monoqrafiya, dərs vəsaiti, həmçinin Ədəbiyyat nəzəriyyəsi (Magistratura səviyyəsi üçün) (Gəncə, 2011), Mədəniyyətşünaslıq və genderə giriş (Bakalavriat  səviyyəsi üçün) (Gəncə, 2011), Dünya ədəbiyyatı (Erkən orta əsrlər, intibah dövrü və XVII əsr xarici ölkələr ədəbiyyatı üzrə) (Bakalavriat səviyyəsi üçün) (Bakı, 2014), Dünya ədəbiyyatı  (Bakalavriat səviyyəsi üçün) (Bakı, 2014), Azərbaycan ədəbiyyatı tarixi (yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatı)  (Bakalavriat  səviyyəsi üçün) (Bakı: Elm və təhsil, 2017), Ölkə ədəbiyyatı tarixi (yeni dövr Azərbaycan ədəbiyyatı) (Bakalavriat  səviyyəsi üçün) (Bakı: Elm və təhsil, 2017), Azərbaycan dramaturgiyası (Bakalavriat  səviyyəsi üçün) (Bakı: Elm və təhsil, 2017), Mirzə Ələkbər Sabir və məktəbi (Bakalavriat  səviyyəsi üçün) (Bakı: Elm və təhsil, 2017), XX əsr Azərbaycan ədəbiyyatı (Magistratura səviyyəsi üçün) (Bakı, 2019), Filologiyanın müasir problemləri (Magistratura səviyyəsi üçün) (Bakı, 2019), Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası (Magistratura səviyyəsi üçün) (Bakı, 2019), Azərbaycan ədəbi məktəbləri (Bakalavriat  səviyyəsi üçün) (Bakı, 2019), Ədəbiyyatın tədrisi metodikası (Bakalavriat  səviyyəsi üçün) (Bakı, 2020) adlı fənn proqramlarının da müəllifidir. “XX əsrin əvvəlləri Azərbaycan publisistikasının inkişaf təmayülləri” mövzusunda elmlər doktorluğu dissertasiyası tamamlanmaq üzrədir.

BEYNALXALQ VƏ RESPUBLİKA SƏVİYYƏLİ SİMPOZİUM, KONFRANS VƏ FORUMLARDA İŞTİRAKI

  • Azərbaycan Respublikasında, eləcə də ölkə hüdudlarından kənarda keçirilmiş yüzdən artıq beynəlxalq və respublika səviyyəli elmi simpozium, konfrans və forumlarda, 8 beynəlxalq elmi və təhsil layihəsində iştirak etmişdir.