Tyutorlar

Qocayeva Elqanə Zabit qızı

 30 iyun  1979-cu ildə Gəncə şəhərində anadan olub.M.Füzuli adına 22 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbi bitirib. Həmin ildə Gəncə Dövlət Pedaqoji institutunun “Mühəndis pedaqoji” fakültəsinin “Fizika” ixtisasına daxil olub. 2000-ci ildə həmin universiteti bitirib. 2003-cü ildə Gəncə Dövlət Universitetinin” Tətbiqi Fizika” kafedrasında laborant olaraq işə başlayıb. 2022-ci ilin sentyabr ayından Filologiya fakültəsində tyutor vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Vəlizadə Şölə Sahib qızı

 1989-ci ildə Gəncə şəhərində anadan olub. 1995-ci ildə M.Müşfiq adına 14 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2006-cı ildə həmin məktəbi bitirib. 2007-ci ildə Gəncə Dövlət Universitetinin “Filologiya” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına  daxil olub. 2011-ci ildə həmin universiteti bitirib. Universiteti və magistaturanı bitirdikdən sonra baş laborant vəzifəsində çalışıb. 2020-ci ildən tyutor vəzifəsində çalışır.

Ailəlidir.

Operator

Yaqubova  Gözəl  Nəbi  qızı 

23 oktyabr 1983-cü  il  Ermənistan, Tumanyan rayonunda  anadan olub. 1990-cı ildə  Ruslan Muradov adına  15 saylı  orta mektebi bitirib. 2001-ci  ildə  Gəncə Dövlət Universitetinin Metodika və pedaqogika  fakültəsin qebul olub. 2005-ci ildə Metodika və pedaqogika  fakültəsini bitirib.  2012 ci ildən Gəncə Dövlət Universitetində operator kimi çalışır.

Ailəlidir,  iki övladı var.

Metodist

Nuriyeva Ramella Əsgər qızı

Nuriyeva Ramella Əsgər qızı 1970-ci ildə Gədəbəy r. Spasovka kəndində anadan olub. 1977-ci ildə Gədəbəy r. Novoqorelovka kənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 1987-ci ildə həmin məktəbi bitirib. Həmin ildən Novoqorelovka  kənd orta məktəbində  PBDR-ı kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olub və ümumi texniki fənlər və əmək ixtisası üzrə tam kursu bitirib. Dövlət İmtahan Komissiyasının 18 iyul 1994-cü il tarixi qərarı ilə UTF və əmək təlimi müəllimi ixtisası verilmişdir. 01.09ş1992-ci ildə Gədəbəy r. Soyuqbulaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 02.11.2006-cı ildən Gəncə Dövlət Universitetində metodist vəzifəsində çalışıram.  Hal hazırda da Filologiya fakültəsində metodist vəzifəsində çalışır.

    Ailəlidir, iki övladı var.