Fakültə dekanı
Ələsgərov Zakir Aslan oğlu
1949-cu il martın 20-də Kirovabad (indiki Gəncə) şəhərində fəhlə ailəsində anadan olmuşdur.
1955-1966-cı illərdə Kirovobad şəhəri Maksim Qorki adına 1 saylı orta məktəbdə oxumuş, 1968-1972-ci illərdə H.Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) ali təhsil almışdır. 1972-ci ildə adı çəkilən ali məktəbin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. 1973-1974-cü illərdə Almaniyada Sovet Qoşunları Qrupunda hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1966-cı ildə Kirovobad şəhəri 3 saylı ağac emalı zavodunda fəhlə kimi başlamış, 1968-ci ilin sentyabr ayınadək orada dülgər, rəngsaz işləmişdir. 1972-1975- ci illərdə təyinatla Xanlar rayonunun Poylu kəndində (indi həmin kənd Samux rayonunun tabeliyindədir), 1975-1981-ci illərdə Kirovobad şəhəri 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1976-1981-ci illərdə, eyni zamanda, həmin məktəbin azad komsomol komitəsinin katibi vəzifəsində işləmişdir. 1981-1988-ci illərdə partiya işinə irəli çəkilərək Azərbaycan KP Gəncə Rayon Komitəsində təlimatçı, siyası maarif kabinetinin müdiri, təbliğat və təşviyat şöbəsinin müdiri vəzifəsində, 1988-1991-ci illərdə isə Kirovobad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin ) partiya komitəsinin katibi, 1991-1993-cü illərdə həmin institutda müvəqqəti kadrlar şöbəsinin rəisi, böyük laborant, 1993-1995-ci illərdə Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir. 1998-dən Gəncə Dövlət Universiteti rektorunun köməkçisi, 2000-ci idən isə rektorun məsləhətçisi işləmişdir 2008-ci ilin mart ayından həmin universitetin Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, 2003-cü ildən eyni zamanda Azərbaycan dilinin tədrisi kafedrasının müəllimi kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin fevral ayının 15-də fakültə əməkdaşlarının ümumi yığıncağında fakültə dekanı seçilmişdir.
Z.A.Ələsgərov pedaqoji fəaliyyəti və dövlət qulluğundakı işi ilə bərabər elmi tədqiqatla da məşqul olmuş, 1990-2000-ci illərdə Azərbaycan dili terminoloji fondunun zənginləşməsində müasir mətbuatın rolunu araşdırmış, bununla əlaqədar dövrü mətbuatda, elmi məcmuələrdə məqalələr dərc etdirmiş, tədqiqat işini yekunlaşdıraraq, 2010-cu ilin may ayında “Azərbaycan dili terminoloji fondunun zənginləşməsində müasir mətbuatın rolu (1990-2000-ci illər)” mövzusunda dissertasiya müdafiə edərək 2011- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016- cı ildə isə dosent elmi adı almışdır.
Z.A.Ələsgərov pedoqoji və elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi həyatda da fəal iştirak etmiş və etməkdədir. 1980-1992-ci illərdə dörd çağırış Gəncə şəhərinin Gəncə (indiki Nizami) rayonu üzrə Xalq Deputatları Sovetinin deputatı, 1983-1991-ci illərdə rayon və şəhər partiya komitəsinin, 2004-2008-ci illərdə və 2013-2014-cü illərdə Gəncə Dövlət Universiteti Elmi Şurasının üzvü olmuşdur. Universitetin və şəhərin tədbirlərində yaxından fəallıq göstərir.
Ailəlidir, 4 övladı var.
Elmi fəaliyyətdə aldığı nəticələr aşağıdakı kimi olmuş və göstərilən məqalələrdə öz əksini tapmışdır.
1.Termin yaradıcılığında norma prinsipləri. Azərbaycan ədəbi dilində norma və normalaşma məsələləri, Gənc dilçilərin III Respublika konfransının materialları, 25-26 noyabr 1991, Bakı, Elm, 1991, səh.52-53.
- Mətbuat dilində terminoloji yeniləşmə. Azərbaycan ədəbi dilində norma və normalaşma məsələləri, Gəncə dilçilərin III Respublika konfransının materialları, 25-26 noyabr 1991, Bakı, Elm, 1991, səh.153-154.
- Azərbaycan terminoloqiyasının əsas istiqamətlərinə dair. H.Zərdabi adına GDPİ-nin elmi əsərlər məcmuəsi, Bakı , Mütərcim, 1999, səh.79-80.
4.1950-ci illər mətbuatında Azərbaycan terminologiya məsələləri. Gəncə Dövlət Universiteti, Elmi əsərlər məcmuəsi, Bakı, Mütərcim, 2000, səh. 135-136.
- İ.Həsənov, Z.Ələsgərov. B.Vahabzadənin əsərlərində işlənən terminlər haqqında. Gəncə Dövlət Universiteti, Elmi əsərlər məcmuəsi, Bakı, Nurlan, 2004, səh. 147-150.
- İ.Həsənov, Z.Ələsgərov. Azərbaycan dilində işlənən peşə-sənət terminləri. BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2005, № 2, səh. 24-27.
- Müstəqil dövlətçilik mərhələsində ana dilinin tətbiqi. Gəncə Dövlət Universiteti, Elmi xəbərlər (Humanitar və təbiət elmləri seriyası), Bakı, Nurlan, 2006, № 1, səh. 123-125.
- Azərbaycan dilinin tətbiq dairəsinin genişlənməsində dövlət müstəqilliyinin rolu. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Xəbərləri (Humanitar elmlər seriyası), Bakı, 2006, № 3, səh. 107-111
- Azərbaycan mətbuatında sintaktik yolla söz yaradıcılığı. AMEA Folklor İnsititutu, Elmi axtarışlar (Folklorşünaslıq: Filologiya, Fəlsəfə, Tarix, İncəsənət və Nəzəriyyə aspektləri). XXVIII, Bakı. Səda, 2006, səh. 65-69.
10.Azərbaycan mətbuatında yeni sadə və düzəltmə sözlər. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrədilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2007, № 2 səh.12-15.
11.Mətbuatda işlənən yeni sözlərdə norma. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrədilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2007, № 4, səh.8-12.
12.Особенности изменений в лексической системе Азербайджанского языка в период независимости. Вопросы филологических наук, Мoskva, Издательство «Компания Спутник», 2009, № 6, с.107-112.
13.Сложные сокращения в Азербайджанской прессе. Весник Казахской Национальный Университет им. Aль-Фараби, серия филологическая, 2010, № 3(127) с.63-67.
- Новые терминологические еденицы в прессе современного периода. Материалы III Международный научно- метoдической конференции 14-16 апреля 2010 г., г Пятигорск, с. 10-12.
15.Ədəbiyyat dərslərində şagird şəxsiyyətinin formalaşdırılması imkanları. Gəncə Dövlət Universiteti, Elmi xəbərlər (Fundamental, humanitar və təbiət elmləri seriyası), 2011, No3, səh. 206-210.
16.Xəlil Rza Ulutürk poeziyasında vətənpərvərlik tərbiyəsi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrədilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2012, No1, səh.203-205.
17.Azərbaycan dili dərslərində fəal iş formalarından istifadə. Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər məcmuməsi (Fundamental, humanitar və təbiət elimləri seriyası), 2012, No3, səh. 163-167.
- İptidai siniflərdə orfoqrafiya təlimi zamanı şagird özünənəzarətinin təşkili imkanları. Azərbaycan TPİ “Təhsil sistemində yeni nəslin təlim-tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı, 28 iyun 2012, səh. 87-89.
19.Azərbaycan dili dərslərində şagird fəaliyyətinin qiymətləndirilməsi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2012, No3, səh. 188-190.
- Azəbaycan dili və ədəbiyyat fənlərinin tədrisi prosessində yeni təlim metodlarının tətbiqi problemi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2012, No4, səh. 204-206.
- Müasir təhsilin problemlərinin həilinə dair. Naxçıvan Müəllimlər İnstitutu, “Müasir təlim metodları və yeni texnologiyaların təlim-tərbiyə prosessində tətbiqi” mövzusuna həsr edilmiş Respublika konfransının materialları, 03 may 2013, səh 134-136
22.Şəxsiyyətin formalaşmasında özünütərbiyənin roluna dair. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Elmi əsərlər (xüsusi buraxılış), 2013, No3, səh. 137-138.
23.Heydər Əliyev və Azərbaycan dilinin tətbiq dairəsinin genişlənməsi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2013, No2, səh. 152-155.
24.Azərbaycan müasir təhsilin bəzi problemləri və onların xarakterik xüsusiyyətlərinə dair. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2013, No2, cild: 9, səh. 23-26.
- Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.04.2014-cü il tarixli, 472 Noli əmri ilə təsdiq olunmuş metodiki vəsait, Bakı, Mütərcim, 2014, 80 səh.
- B.Abbasova, Z.Ələsgərov. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014-cü il tarixli, 1274 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı, Bakı, 2015
- B.Abbasova, Z.Ələsgərov. Tərbiyə prosesinin normativ-hüquqi əsasları (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014-cü il tarixli 1274 Noli əmri ili təsdiq olunmuş fənn proqramı, Bakı, 2015.
28.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim hazırlığı ixtisasları üzrə magistr pilləsi üçün), Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.02.2015-ci il tarixli, 190 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı , Bakı, 2015.
29.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri(universitetlərin müəllim hazırlığı ixtisasları üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.04.2015-ci il tarixli 393 Noli əmri ilə təsdiq olunmuş dərs vəsaiti, Bakı, Mütərcim, 2015, 232 səh.
Z.A.Ələsgərov aşağıdakı beynəlxalq və respublika konfranslarında iştirak etmişdir.
-1991 , Bakı, Azərbaycan ədəbi dilində norma və normalaşma məsələləri, Gənc dilçilərin III respublika konfransı.
-2010, Pyatiqorsk, Rusiya Federasiyası, Rusdillilik və bi(poli)linqvizm XXI əsrin mədəniyyətlərarası ünsiyyət prosesində koqnitiv və konspektual aspeklər , III Beynəlxalq elmi-metodik konfrans.