Kateqoriya Arxivləri: Xəbərlər

YEL ÇƏRŞƏNBƏSİ- NOVRUZ BAYRAMININ ÜÇÜNCÜ ÇƏRŞƏNBƏSİ

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır,oyanmış suyu,odu hərəkətə gətirir,hər şeyə yeni nəfəs verir.Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.Yel çərşənbəsi el arasında “Ölü çərşənbə” kimi də tanınır, dünyasını dəyişənlərin məzarları ziyarət olunur.O biri çərşənbələrdə olduğu kimi, Yel çərşənbəsində də qazanlar […]

Davamı

Bu gün münasibətilə universitet rəhbərliyi tərəfindən fakültəmizin bir neçə əməkdaşı Fəxri Fərmanla təltif olunmuşdur.Azərbaycan dili kafedrasının müəllimi Məmmədova Günel Əflatun qızı , Azərbaycan və dünya ədəbiyyatı kafedrasının operatoru Əhmədova Lalə Telman qızı .

Davamı

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

8 Mart- iqtisadi,ictimai və siyasi bərabərlik uğrunda Qadınların Beynəlxalq Həmrəylik Günüdür. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi , iqstisadi,elm,təhsil,səhiyyə,mədəni həyatının fəal iştirakçısıdır. Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydular. […]

Davamı

OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK

Bu gün Boz ayın ikinci çərşənbəsi -Od şərşənbəsidir.Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.Od çərşənbəsində od rəmzi məna daşıyır. Od çərşənbəsində hər kəs öz qapısında tonqal çatar,uşaqlı-böyüklü hamı tonqal üzərindən atlanıb ağırlığımız odda yansın deyərlər. Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: […]

Davamı

FİLOLOGİYA FAKÜLTƏSİ AZƏRBAYCAN DİLİ KAFEDRASI 3 MART 2025-Cİ İL TARİXLİ AÇIQ DƏRS

3 mart 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının filologiya elmləri doktoru dosent Yadigar Əliyevin Azərbaycan Dialektologiyası Seçmə fənnindən “Azərbaycan dili şivələrində fonetik hadisələr və ahəng qanunu” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərs Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurslarda təşkil olunmuşdu. Dərsdə tələbələrə Azərbaycan dili şivələrində müşahidə olunan səsuyuşması,səsfərqləşməsi,səsartımı,səsdüşümü,səs yerdəyişməsi və qoşalaşma hadisələri […]

Davamı

Filologiya fakültəsi Elmi Şurasının 27.02.2025-ci il tarixli iclası

27 fevral 2025-ci il tarixdə Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası keçirilmiş,iclasda aşağıdakı məsələlər müzakirə edilmişdir: 1.2024/2025 tədris ilinin payız imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələr haqqında; 2.Fakültənin Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı)ixtisaslarının IV kurs tələbələrinin pedaqoji təcrübəsi və istehsalat təcrübəsinin təşkili haqqında; 3.Növbəti akkreditasiyaya hazırlıqla əlaqədar fəaliyyət […]

Davamı

Filologiya fakültəsində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirildi

1988-ci ildən başlamış Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən faciəli, tarixdə analoqu olmayan hadisələrdən biri Xocalıda baş vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları silahsız və köməksiz Xocalıya hücum etmişdir.1992-ci il fevralın 26-sı səhər saat 5-də Xocalı yerlə-yeksan edildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın,70-i qoca və qarı olmaqla, 613 Xocalı […]

Davamı

Su çərşənbəniz mübarək!

Bu gün Boz ayın ilk çərşənbəsi – Su çərşənbəsidir.Bu çərşənbəni “Yalançı çərşənbə”,”Əzəl çərşənbə”,”Sular Novruzu” da adlandırırlar.Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.Hələ gün doğmamışdan hamı su üstünə gedir,əl-üzünü yuyur,bir-birinin üzərinə su çiləyir,su üstündən atlanırlar.Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər ,azarını-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.Su […]

Davamı

Filologiya fakültəsində 21 Fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi.

Bu gün Filologiya fakültəsində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev çıxış edərək respublikamızda ana dilinə göstərilən diqqət və qayğıdan, bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən danışdılar. Azərbaycan dili kafedrasının dosenti f.e.d.Yadigar Əliyev “Azərbaycan dilinin tətbiq […]

Davamı