Category Archives: Kateqoriyasız

” KİTABİ- DƏDƏ QORQUD ” DASTANLARINDA İŞLƏDİLƏN HƏRB TERMİNLƏRİ MÖVZUSUNDA ELMİ- NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

24 aprel 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Xalidə Əsgərovanın “Kitabi-Dədə Qorqud” dastanlarında işlədilən hərbi terminlər mövzusunda elmi-nəzəri seminarı dinlənildi. Seminarda “Kitabi-Dədə Qorqud” dastanlarının yarandığı dövrdə hərblə bağlı mövcud olmuş anlayış və məfhumları ifadə edən sözlərin izahı dastandan gətirilmiş nümunələr əsasında aydınlaşdırılmışdır.

MƏHƏMMƏD FÜZULİ ADINA 22 SAYLI TAM ORTA MƏKTƏBDƏ SINAQ DƏRS KEÇİRİLDİ

24 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsi Azərbaycan dili və ədəbiyyatı istisasının IV kurs tələbəsi Leyla Əliyeva pedaqoji təcrübədə olduğu Gəncə şəhəri M.Füzuli adına 22 nömrəli tam orta məktəbin 7 b sinfində Azərbaycan dili fənnindən sınaq dərsi keçdi. Sınaq dərsdə universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Təcrübə və karyera şöbəsinin

Daha ətraflı

SEÇMƏ FƏNN SEÇİMİ DAVAM EDİR

23 aprel 2025-ci il tarixində 2025/2026-cı tədris ilinə aid Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurslarında Azərbaycan və dünya ədəbiyyatı kafedrasının tədris edəcəyi fənlərin seçimi oldu. Seçimdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos.Səba Namazova, dos.Afaq Yusifli,f.ü.f.d. Yeganə Hüseynova, f.ü.f.d. Aynur Novruzova,f.ü.f.d. Həmid Abbasov seçiləcək fənlər haqqında icmal xarakterli məlumat verdilər. Seçimdə tələbələrə sərbəst

Daha ətraflı

NÖVBƏTİ TƏDRİS İLİ ÜÇÜN SEÇMƏ FƏNNLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

22 aprel 2025-ci il tarixində fakültədə 2025/ 2026-cı tədris ilinə aid Seçmə fənlərin müəyyən edilməsi və seçilməsi prosesinə start verildi.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurslarında Azərbaycan dili kafedrası tərəfindən tədris olunan fənlər təqdim olundu.Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, fənn müəllimləri f.e.d.Yadigar Əliyev, dos.Gülarə Məlikova, f.ü.f.d.Mətanət Mahmudova və b.m Günay Hüseynova növbəti dərs

Daha ətraflı

ELM VƏ ALİ TƏHSİL İCTİMAİYYƏTİNƏ AÇIQ İNFO-SESSİYA KEÇİRİLİB

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncədə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib.Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova və kafedranın müəllimi Aygün Yusubova həmin infosessiyada iştirak etmişlər.

31 MART SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

Bu gün Filologiya və Xarici dillər fakültələri birgə 31 Mart Soyqırım gününə həsr olunan tədbir keçirdilər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir anlıq sükutla yad edildi. Tədbirdə ilk söz Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyevaya verildi.Gülsüm müəllim öz çıxışında ermənilərin xalqımıza

Daha ətraflı

Filologiya fakültəsi Elmi Şurasının 27.02.2025-ci il tarixli iclası

27 fevral 2025-ci il tarixdə Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası keçirilmiş,iclasda aşağıdakı məsələlər müzakirə edilmişdir: 1.2024/2025 tədris ilinin payız imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələr haqqında; 2.Fakültənin Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı)ixtisaslarının IV kurs tələbələrinin pedaqoji təcrübəsi və istehsalat təcrübəsinin təşkili haqqında; 3.Növbəti akkreditasiyaya hazırlıqla əlaqədar fəaliyyət

Daha ətraflı

Filologiya fakültəsində 21 Fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi.

Bu gün Filologiya fakültəsində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev çıxış edərək respublikamızda ana dilinə göstərilən diqqət və qayğıdan, bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən danışdılar. Azərbaycan dili kafedrasının dosenti f.e.d.Yadigar Əliyev “Azərbaycan dilinin tətbiq

Daha ətraflı

Gəncə şəhər M.Müşfiq adına 14 saylı məktəbin şagirdləri GDU-nun Filologiya və Xarici dillər fakültəsində oldular.

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli orta məktəbin müəllim-şagird heyəti Gəncə Dövlət Universitetinin V korpusuna ekskursiya ediblər. Şagirdlər universitet tarixini əks etdirən kabinetdə, şəhid xatirəsini yaşadan audotoriyalarda, Mir Cəlal Paşayev, Yunus Əmrə kabinetlərində, Nuri Paşa adına kitabxanada oldular. Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev şagirdlərlə görüşərək qeyd etdi ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrə

Daha ətraflı

MƏHƏMMƏD FÜZULİNİN 530 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MÜSABİQƏDƏ TƏLƏBƏLƏRİN UĞURU

Rusiya Federasiyasının Orenburq Vilayətində fəaliyyət göstərən “Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti”nin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Poeziyanın sirləri: Füzuli irsi ilə dialoq” mövzusunda keçirilmiş Beynəlxalq müsabiqədə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültələrinin müəllim və tələbələri videoçarx vasitəsi ilə iştirak etmiş, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının

Daha ətraflı