Category Archives: Kateqoriyasız

FAKÜLTƏMİZƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR

Fakültəmizin dəyərli dekanı dosent Zakir Ələsgərov dünyasını dəyişmişdir. Dosent Zakir Ələsgərov çox hörmətli dekan, səmimi və mehriban insan kimi hər birimizin xatirində qalacaq və yaşayacaqdır. Bu xəbər təkcə fakültəmizə deyil Cəncə Dövlət Universiteti üçün ağır itki oldu. Ailəsinə baş sağlığı verir və səbr diləyirik.Yeriniz behişt, məkanınız cənnət olsun gözəl insan! Allah Sizə rəhmət eləsin!

ULU ÖNDƏRİN ÖMÜR YOLU VƏTƏNƏ VƏ XALQA XİDMƏT NÜMUNƏSİDİR

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft VƏ Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. 1941-ci

Daha ətraflı

” MÜASİR DÖVRDƏ TELEVİZOR VƏ RADİO VERİLİŞLƏRİNİN DİLİ ” MÖVZUSUNDA ELMİ- NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

7 may 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının baş müəllimi Günay Hüseynovanın “Müasir dövrdə televizor və radio verilişlərinin dili” mövzusunda elmi-nəzəri seminarı keçirilmişdir. Seminarda hər iki məkanda verilişlərin və aparıcıların nitqindəki qüsurlar araşdırılmış və müzakirə olunmuşdur. Nitqi pozan digər etik və estetik amillər də tədqiq olunaraq seminar üzvlərinin nəzərinə çatdırılmışdır. Seminarda kafedra müdiri prof. T.Ziyatxan

Daha ətraflı

” AZƏRBAYCANŞÜNASLIĞIN AKTUAL MƏSƏLƏLƏRİ: YENİ DÖVRÜN AZƏRBAYCANI ” MÖVZUSUNDA XVI ƏSR BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

7-8 may 2025-ci il tarixində Azərbaycan dili kafedrasının dosenti Aytən Arzulla qızı Əhmədova Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” mövzusunda XVI Beynəlxalq Elmi Konfransında iştirak edib. Azərbaycan, Rusiya, Türkiyə, Şimali Makedoniya, İndoneziya , Polşa, Estoniya , Gürcüstan, Özbəkistan və bir sıra

Daha ətraflı

AZƏRBAYCAN DİLİ KAFEDRASININ MÜƏLLİMİNƏ DOSENT ELMİ ADI VERİLMİŞDİR

Azərbaycan dili kafedrasının dosenti (attestatsız) Aytən Arzulla qızı Əhmədovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2025 -ci il tarixli qərarı ilə elmi- pedaqoji fəaliyyətinə görə filologiya elm sahəsi üzrə (“Azərbaycan dili” 5706.01) dosent elmi adı verilmişdir. 6 may 2025 – ci il tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasında hörmətli rektor professor Yusif

Daha ətraflı

“SOSİAL ŞƏBƏKƏLƏRDƏ İŞGÜZAR KOMMUNİKASİYA.KOMMUNİKATİV STRATEGİYA ( DİL SƏNAYESİ ) VƏ YARADICILLIQ TEXNOLOGİYALARI ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLMİŞDİR.

5 may 2025-ci il tarixində Xarici dillər fakültəsinin Rus dili müəllimliyi ixtisasının I kursunda kafedranın müəllimi Ruhanə Xambatovanın Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Sosial şəbəkələrdə işgüzar kommunikasiya. Kommunikativ strategiya (dil sənayesi) və yaradıcıllıq texnologiyaları” mövzusunda açıq dərsi keçirilimişdir. Dərsdə sosial şəbəkənin gündəlik həyatımızda rolundan, nə məqsədlə istifadə olunmasından, qarşımıza çıxan simvollardan bəhs olundu.

Daha ətraflı

“ ELMİ MƏQALƏLƏRİN YAZILMASI VƏ NƏŞRİ “ MÖVZUSUNDA XƏZƏR UNİVERSİTETİNDƏ MÜŞTƏRƏK DƏRS KEÇİRİLDİ

3 may 2025-ci il tarixində Xəzər Universitetinin Dillər Departamentinin koordinatoru f.ü.f.d. Sevinc Qəmbərova Gəncə Dövlət Universitetinin dosenti Aytən Əhmədova ilə birlikdə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə “Elmi məqalələrin yazılması və nəşri” mövzusunda müştərək dərs keçmişlər. Dərsdə elmi məqalələrin tərtibinə verilən tələblər, mövzuların seçilməsi, ədəbiyyatların toplanılması və istifadəsi, kodlaşdırmanın aparılması qaydaları, məqalələrin quruluşu

Daha ətraflı

” KOMMUNİKASİYA ETİKASI. MÜRACİƏT FORMALARI. AZƏRBAYCAN DİLİNDƏ ŞİFAHİ VƏ YAZILI ETİKETLƏR” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

2 may 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Təranə Əliyevanın Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən”Kommunikasiya etikası.Müraciət formaları.Azərbaycan dilində şifahi və yazılı etiketlər” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs Filologiya(Azərbaycan dili və ədəbiyyatı)ixtisası üzrə l kursunda təşkil olunmuşdur. Dərsdə etik davranış qaydaları,davranış psixologiyası,nitq etiketinin xüsusiyyətləri, şifahi və yazılı etiketlər haqqında slaydlar üzrə məlumat

Daha ətraflı

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 102-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

28 aprel 2025-ci il tarixində Filologiya fakültəsində Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd olundu. Tədbirdə Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsiin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dos. Səba Namazova, dos. Qivami Qazıyev,Azərbaycan dili kafedrasının baş müəllimi f.ü.f.d.Mətanət Mahmudova və Azərbaycan

Daha ətraflı

ŞUŞA ŞƏHƏRİNDƏ TƏHSİL FORMU KEÇİRİLDİ

27 aprel 2025-ci il tarixində EDU FORUM MMC-nin və TİHA-nın təşkilatçılığı ilə Qarabağın dilbər guşəsi Şuşa şəhərində 350-dən artıq təhsil işçisinin iştirakı ilə ölkəmizdə ilk dəfə “Qarabağın tarixi, mədəniyyəti və incəsənəti” adlı möhtəşəm Təhsil Forumu keçirildi. Şuşada keçirilən Təhsil Forumunun məqsədi təhsil sisteminin və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, informasiyaların düzgün ötürülməsi, təhsil işçiləri

Daha ətraflı