8 NOYABR – ZƏFƏR GÜNÜDÜR
8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və unudulmaz səhifələrindən biridir. Bu gün 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi ilə xalqımızın çox illik həsrətinə son qoyuldu. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarının azad olunması xalqımızın ən böyük arzusu idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi boyunca Azərbaycan Ordusu bir kənddən,