AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATI KAFEDRASINDA İCLAS KEÇİRİLDİ
Azərbaycan və dünya ədəbiyyatı kafedrasınıniclasında GDU EŞ-nın 25.12.2024-cü il tarixli (pr. № 05) qərarı və rektorluğun 25.12.2024-cü il tarixli 5/534 saylı əmri ilə təsdiq edilmiş “Təhsil proqramlarının dövri qiymətləndirilməsinə dair təlimat” adlı sənədin müzakirəsi aparılmışdır. Müzakirədə çıxış edən kafedra müdiri, dosent Səba Namazova bildirdi ki, təlimat 26 səhifədən və 8 bölmədən ibarətdir. Təhsil proqramlarının dövri qiymətləndirilməsi, tədris prosesinin keyfiyyətinin və aktuallığının təmin edilməsi üçün həyata keçirilən mühüm mexanizmdir. Bu proses təhsil müəssisəsinin fəaliyyətində şəffaflıq, hesabatlılıq və davamlı