Dosent Quliyeva Tahirə Abdurrəhman qızı

 

Qısa bioqrafik məlumat

07.07.1963-cü ildə yevlax rayonunda qulluqçu ailəsində anadan olmuşdur.

1970-ci ildə Yevlax şəhər M.Hüseyn adına 4saylı orta məktəbin I sinfinə daxil olmuş, 1980-ci ildə orta məktəbi bitirmişdir.

1991-ci ildən ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1996-cı ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji inistitutunun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllimlik fəaliyyətini davam etdirmişdir. “Azərbaycan dili dərslərində fonetik təhlildən istifadə üzrə işin sistemi” adlı tədqiqat işini təsdiqlədib, 2005-ci ildə “Azərbaycan dili dərslərində fonetik təhlildən istifadə üzrə işin sistemi” dissertasiya işini müdafiə edərək,  Ali Attestasiya Komissiyasının 5 iyul 2005-ci il tarixli qərarı ilə pedaqoji elmlər namizədi adı almışdır. 2007-ci ildə dosent adını almışdır.

15 elmi məqalə, 2 metodik tövsiyə, bakalavr üçün 1, magistratura üçün 4 fənni əhatə edən proqramlar işləyib hazırlamışdır.

Pedaqoji stajı – 25 ildir.