Filologiya fakültəsinin tələbələri təlimdə

Gəncə Dövlət Universitetinin tütor xidmətinin rəhbəri Məhərrəm Babayev Filologiya fakültəsinin tələbələri ilə görüş keçirmişdir.Görüşdə baloniya sistemi, tələbə kredit sistemi, tütorların fəaliyyəti və s. məsələlər haqqında təlim aparıldı. Tələbələr təlimdə fəal iştirak edərək onları maraqlandıran məsələlər barədə suallar verdilər. Məhərrəm Babayev onları maraqlandıran sualları cavablandırdı, müzakirələr aparıldı.