8 Noyabr-Zəfər Günü Filologiya fakültəsində böyük təntənə ilə qeyd olundu

05.11.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin V tədris korpusunda 8 Noyabr-Zəfər Gününə həst olunmuş bayram şənliyi keçirildi. Bayram tədbirini giriş sözü ilə açan humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, […]

Davamı

Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyevin 75 illik yubileyi qeyd olundu

Azərbaycan dili kafedrasında prof.Telman Quliyevin 75 illik yubileyi keçirildi.Tədbirdə iştirakçılar Telman müəllimin elmi fəaliyyətindən və mənəvi keyfiyyətlərindən danışdılar,onun yüksək intellektual səviyyəyə malik olduğunu, kafedra müdiri olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, kollektivlə münasibətlərində qayğıkeş və səmimi olduğunu qeyd etdilər. Yeni yaşınız mübarək olsun, hörmətli Telman müəllim!

Davamı

Filologiya fakültəsinin müəllim və tələbələri “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində

Gəncə Dövlət Universitetində Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat  Fondunun  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov, həmçinin  universtetin Filologiya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy  və Amil İsmayılov  öz şerləri ilə çıxış ediblər.     

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın açıq dərsi

25.10.2024-cü il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın Tərcümə (ingilis) ixtisası I kurs tələbələrinə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Azərbaycan dilinin üslublar sistemi. Azərbaycan ədəbi dilinin üslublarında diferensasiya və inteqrasiya” mövzusunda açıq dərsi oldu.

Davamı

Baş müəllim Fatma Saralovanın dissertasiya işinin müzakirəsi keçirildi

Azərbaycan dili kafedrasında Gəncə Dövlət Universitetinin dissertantı baş müəllim Fatma Məhəmməd qızı Saralovanın 5706.01-Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil prosesləri” adlı dissertasiya işinin müzakirəsi keçirildi.Dissertasiya işinin müdafiəyə buraxılması məqsədəuyğun hesab edildi.

Davamı