Filologiya fakültəsində Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsi keçirildi

Filologiya fakültəsində  Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan Əhməd Cavada həsr olunmuş esse müsabiqəsi keçirildi. Filologiya fakültəsinin tələbələri  Əhməd Cavadla   bağlı düşüncələrini şərh edən yazılar qələmə aldılar. Müsabiqənin sonunda yazılar mütəxəssislər tərəfindən yoxlanıldı. Birinci yerin sahibi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası IV kurs tələbəsi […]

Davamı

Qələmini silaha dəyişən Mədəd

Bu gün  canlarını Vətən torpaqlarının  bütövlüyü uğrunda qurban vermiş  şəhidlərindən birinin- Vətən müharibəsi başlayarkən müəllim qələmini silaha dəyişərək könüllü olaraq döyüşə qatılmış, cəsur döyüşçü adını qazanmış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Filologiya fakültəsinin məzunu  Şəhid Mədəd Qənbərovun xatirəisnə hörmət əlaməti olaraq onun adı verilmiş auditoriyanın açılışı oldu. Tədbirdə, ilk olaraq, ürəyimizin daimi […]

Davamı

Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası

14 dekabr  2022-ci il tarixdə saat 1100 – da Filologiya fakültəsi Elmi Şurasının növbəti iclası  oldu. İclasda  2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, tədris ilinin I yarısına aid dərs yüklərinin yerinə yetirilməsinin vəziyyəti və fakültədə keçilən açıq dərslər müzakirə olundu. Eyni zamanda Azərbaycan dili kafedrasının dosenti Gülrux Hüseynova kafedrada […]

Davamı

Müəllim Günay Hüseynovanın Dilçiliyə giriş fənnindən açıq dərsi

Bu gün kafedramızın müəllimi Günay Hüseynovanın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1-ci kurs tələbələrinə Dilçiliyə giriş fənnindən “Dillərin inkişafı, dillərin geneoloji təsnifi” mövzusunda açıq dərsi oldu. Dərs Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə başladı. Seminarda tələbələr dil ailələrindən, dünya dillərinin geneoloji və tipoloji təsnifindən hərtərəfli məlumat verdilər, fikirlərini sual-cavab əsasında izah etdilər.

Davamı

Ulu Öndəri hörmətlə anırıq

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini  uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və […]

Davamı

Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən açıq dərs

08.12.2022-il tarixində Filologiya fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələrinə Rus dili kafedrasının dosenti Sevda Əliyevanın Xarici dildə işgüzar və akademik kommunikasiya (rus dili) fənnindən açıq dərsi oldu.Tələbələr “İnternet”mövzusunda hazırladıqları tapşırıqları danışdıqdan sonra zərfliklərlə qurduqları konstruksiyalarla yarış keçirdilər. Dərsdə qruplarla,cütlüklərlə və fərdi formada iş aparıldı. Yeni mövzunun təqdimatı və […]

Davamı

Filologiya fakültəsində “Erkən nigahın fəsadları” mövzusunda debat keçirildi

06.12.2022-ci il tarixdə 06.12.2022-ci il tarixdə Filologiya fakültəsində “Erkən nigahın fəsadları” mövzusunda debat keçirildi. Debatda erkən nigahın cəmiyyətə gətirdiyi fəsadlar, ailə-məişət problemləri, gənc qızlarımızın təhsillə bağlı ailədə üzləşdiyi problemlər və s. kimi məsələlər haqqında fikir mübadiləsi edildi. Tədbirin təşkilatçısı, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri, fakültəmizin 3-cü kurs tələbəsi Rzayev Seyhun cəmiyyətimizdə rast gəlinən belə […]

Davamı

Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevanın Azərbaycan dilinin üslubiyyatı fənnindən açıq dərsi

06.12.22-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevanın Azərbaycan dilinin üslubiyyatı fənnindən IVkurs tələbələrinə “Xitabın üslubi xüsusiyyətləri” mövzusunda açıq dərsi oldu. Dərsdə xitabın dilimizdə yaratdığı üslubi çalarlar, işlənmə rəngarəngliyi tələbələr tərəfindən geniş izah edildi, nəzm və nəsr əsərlərindən nümunələr söylənildi, mövzuya aid slaydlar nümayiş etdirildi.

Davamı