Category Archives: Kateqoriyasız

” MƏNSUBİYYƏT VƏ XƏBƏRLİK KATEQORİYALARI ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

22 oktyabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikovanın Filologiya(Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kursunda Öyrənilən əsas dil – 3 (morfologiya) fənnindən “Mənsubiyyət və kateqoriyaları” mövzusunda açıq dərsi keçirildi.Müəllim dərsi müasir tələblər əsasında, slaydlarla izah etdi. Yeri gəldikcə nümunələri lövhədə yazmaqla şərh edirdi. Dərs tələbələrin fəal iştirakı ilə maraqlı keçdi.

QAZAX MƏRKƏZİNDƏ ” ABŞ MƏKTƏBLƏRİNDƏ İNTİZAM SİYASƏTİ: SIFIR. DÖZÜMDƏN BƏRPAEDİCİ TƏCRÜBƏLƏRƏ KEÇİD ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİ

21 oktyabr 2025-ci il tarixində ADA Universitetinin Qazax MərkəzindəAmerikalı tədqiqatçı Prof.Dr. Zorka Karanxha “ABŞ Məktəblərində İntizam Siyasəti: Sıfır Dözümdən Bərpaedici Təcrübələrə keçid”mövzusundan əhatəli şəkildə bəhs etdi.Olduqca maraqlı, geniş diskussiya şəraitində keçən, xoş təəssüratlar doğuran seminarda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova iştirak etmişdir.

” DİL TƏLİMİNDƏ İNTERAKTİV ÖYRƏNMƏ: FƏNLƏRİN DOSTLUĞU ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

21 oktyabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru dosent Tahirə Quliyevanın “Dil təlimində interaktiv öyrənmə: Fənlərin dostluğu” mövzusunda elmi-nəzəri seminarı keçirildi.Seminarda müəllim hazırladığı slaydlardan istifadə edərək hər bir fənn üzrə yeni təhsil proqramlarının (kurikulumlarının)məzmunu , strategiya və qiymətləndirməyə aid hissələr arasındakı bağlılıq haqqında məlumat verdi.Fənlərarası, fəndaxili və fənnüstü inteqrasiya nümunələri fənlərin

Daha ətraflı

” İLYAS ƏFƏNDİYEVİN DRAMATURGİYASI ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

20 oktyabr 2025-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Nazəndə Hacıyevanın  Filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda “Ən yeni Azərbaycan ədəbiyyatı” fənnindən “1960-1980-ci illərdə nəsr və dramaturgiya. İlyas Əfəndiyevin dramaturgiyası” mövzusunda açıq dərsi keçirildi.  Mühazirə müəllim tərəfindən düzgün təşkil olunmuş, tədris sənədləri (fənn sillabusu, fənn proqramı, əyani vəsaitlər, mövzuya dair slaydlar, video çarxlar

Daha ətraflı

18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bu

Daha ətraflı

“ KREDİT SİSTEMİNİN TƏŞKİLİ HAQQINDA ” TƏLİM KEÇİRİLDİ.

17 oktyabr 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya ixtisaslarının I və III kurslarında tyutor Heydərli Gülarə tərəfindən “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi. Təlimdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, təhsil krediti, Avropa Kredit Transfer Sistemi (AKTS), prerekvizit fənlər, tələbələrin hüquqları və akademik maraqları

Daha ətraflı

“ORTAQ DASTANLAR” MÖVZUSUNDA SEMİNAR MƏŞĞƏLƏ KEÇİRİLDİ

16 oktyabr 2025-ci il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kursunda Seçmə fənn Türk xalqları ədəbiyyatı “Ortaq dastanlar” mövzusunda seminar məşğələsi keçirilmişdi. Fəal/interaktiv təlim metodları əsasında təşkil edilmiş seminar məşğələsində “Boz qurd”, “Göytürklər”, “Oğuz”, “Tomris” adlı qruplara bölünən IV¹ kurs

Daha ətraflı

DOSENT YEGANƏ HÜSEYNOVA ” 10. TÜRK KÜLTÜRÜ ” KONQRESİNDƏ İŞTİRAK ETMİŞDİR

7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu. Türk xalqları arasında elmi, mədəni və ədəbi əlaqələrin möhkəmlənməsi bu birliyin daha da dərinləşdiyini göstərir. Bu ərəfədə 8-10 oktyabr 2025-ci il tarixlərində Ankarada Atatürk Kültür Mərkəzi Başkanlığı tərəfindən keçirilən 10. Türk

Daha ətraflı

CEK LONDONUN ” HƏYAT EŞQİ ” ƏSƏRİNİN TƏHLİLİNİN MÜZAKİRƏSİ

13 oktyabr 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı ixtisasının III kurs tələbələri Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun rəhbərliyi ilə Cek Londonun ” Həyat eşqi ” əsərinin təhlili üçün kitabxanada toplaşdılar. Müzakirələr tələbələrin fəallığı ilə yadda qaldı. Növbəti görüşlər üçün yeni əsər seçildi. Hər ayda bir dəfə belə bir müzakirənin olacağı nəzərdə

Daha ətraflı

AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATI KAFEDRASINDA İCLAS KEÇİRİLDİ

Azərbaycan və dünya ədəbiyyatı kafedrasınıniclasında GDU EŞ-nın   25.12.2024-cü il tarixli (pr. № 05) qərarı və rektorluğun 25.12.2024-cü il tarixli 5/534 saylı əmri ilə təsdiq edilmiş “Təhsil proqramlarının dövri qiymətləndirilməsinə dair təlimat” adlı sənədin müzakirəsi aparılmışdır. Müzakirədə çıxış edən kafedra müdiri, dosent Səba Namazova bildirdi ki, təlimat 26 səhifədən və 8 bölmədən ibarətdir. Təhsil proqramlarının dövri qiymətləndirilməsi, tədris prosesinin keyfiyyətinin və aktuallığının təmin edilməsi üçün həyata keçirilən mühüm mexanizmdir. Bu proses təhsil müəssisəsinin fəaliyyətində şəffaflıq, hesabatlılıq və davamlı

Daha ətraflı