Category Archives: Xəbərlər

Filologiya fakültəsində Pedaqoji təcrübə ilə bağlı görüş keçirildi

26.11.2024-cü il tarixdə Təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev və Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda təhsil alan tələbələrlə görüş keçirdilər. Görüşdə tələbələrə pedaqoji təcrübə, onun keçiriləcəyi məktəblər və rəhbər müəllimlər haqqında məlumat verildi,tələbələrin sualları cavablandırıldı

Azərbaycan də dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d. Aydün Əhmədovanın açıq dərsi

26.11.2024-cü il tarixdə Azərbaycan də dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d. Aydün Əhmədova Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında təhsil alan II kurs tələbələrinə Ölkə ədəbiyyatı tarixi-1 fənnindən “Xosrov və Şirin”in mövzu və təhlili” mövzusunda açıq dərs keçmişdir.

Filologiya fakültəsinin müəllim və tələbələri “Füzuli-530” yubiley tədbirində

26.11.2024-cü il tarixdə Gəncə Dövlət Universitetində “Füzuli-530” adlı tədbir keçirildi. Tədbirdə müəllim və tələbələrimiz Füzulinin yaradıcılığı ilə bağlı çıxışlar etdilər, tələbələrin ifasında Məhəmməd Füzulinin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirildi,şeirlər söyləndi.Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim edildi.

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun açıq dərsi

21.11.2024-cü il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında Ən yeni Azərbaycan ədəbiyyatı seçmə fənnindən (IV kurs, I qrup) “İsmayıl Şıxlının həyatı və ədəbi-ictimai fəaliyyəti. İsa Hüseynovun həyatı və ədəbi yaradıcılığı” mövzusunda açıq dərs (seminar) keçdi. Vüsal İsgəndərov açıq dərs zamanı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı ilə

Daha ətraflı

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Muşkiyeva Aytən Musa qızının açıq dərsi

16.11.2024-cü il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Muşkiyeva Aytən Musa qızının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında (III kurs) Azərbaycan ədəbiyyatı tarixi-4 fənnindən “Əbdürrəhim bəy Haqverdiyevin həyatı, yaradıcılığı və jurnalistik fəaliyyəti.Nəriman Nərimanovun həyatı, bədii və publisistik fəaliyyəti.Üzeyir Hacıbəyovun bədii yaradıcılığı və publisistikası” mövzusunda açıq dərsi oldu.

Azərbaycan dili kafedrasının müəllimi Mahmudova Fidan Fuad qızının açıq dərsi

14.11.2024-cü il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Mahmudova Fidan Fuad qızı Filologiya (Azərbaycan dili və ədəbiyyatı)ixtisasının II kurs tələbələrinə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: töhmət, məqalə, reklam və s.” mövzusunda açıq dərs keçdi.Dərsdə müəllim rəsmi və işgüzar sənədlərin xüsusiyyətləri, onların oxşar və fərqli cəhətləri haqqında sual-cavab

Daha ətraflı