Fəxri Professor, dosent Nağdalıyev Aydın Məmməd oğlu

       Qısa bioqrafik məlumat:nagdaliyev-aydin-memmed-oglu-dos                                                           

1944-cü  ildə  Qazax  rayonunun  Qaymaqlı  kəndində  anadan olmuşdur.  1962-ci  ildə   Qaymaqlı  kənd  orta məktəbini  bitirmiş  və  həmin  ildə   H.Zərdabi  adına  Kirovabad  Dövlət Pedaqoji  İnstitutunun  tarix-filologiya  fakültəsinə  daxıl  olmuşdur.1963-66-cı  hərbi  xidmətdə olmuşdur. 1969-cu ildə H. Zərdabi adına Kirovbad Dövlət Pedoqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsində  işdə saxlanmışdır.

1969-cu  ildən   Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında lobarant, müəllim və dosent vəzifələrində işləmişdir. 1988-ci ildən  Azərbaycan dili kafedrasının dosentidir.

Elmi fəaliyyəti:

1980-ci ildən AMEA -nın Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dilində feli söz birləşmələrinin sinonimliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Aşağıdakı dərslik, monoqrafiya, tədris proqramlarının müəllifidir:

  1. Türk dillərinin leksikası (filologiya elimləri doktoru,professor Telman Quliyevlə birlikdə )
  2. “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” fənninə dair praktikum

( filologiya elimlər namizədi, dosent G. Hüseynova ilə birlikdə)

  1. Fəlsəfi anlayışlar və dil ( monoqrafiya )
  2. Müasir Azərbaycan dili (morfologiya). Dərslik.Gəncə, 2016

Tədris proqramları və metodik vəsait.

1.Azərbaycan dilinin linqivistik poetikası.Fənn proqramı. (prof.Telman Quliyevlə birlikdə). B., 2011

2.Azərbaycan dilinin orfoqrafiya və orfoepiyası.Fənn proqramı. (prof.Telman Quliyevlə birlikdə).  B., 2011

3.Azərbaycan dilinin orfoqrafiya və orfoepiyası. Metodik vəsait.  (prof.Telman Quliyevlə  birlikdə). B., 2011

Elmi  konfranslarda  iştirakı:

1.Azərbaycan  və  rus dillərində  zərflik  budaq  cümlələrinin  bağlanma  vasitələrinə  görə  tipoloji  müqayisəsi  “Müasir dilçiliyin  problemləri” II Beynəlxalq  Konfransın  materialları. Bakı  Slavyan  Universiteti. B., 2007

2.”Azərbaycan dilində  fel  şəkillərində analitizm  və  onun  ifadə  vasitələri“, “Azərbaycanşünaslığın  aktual  problemləri” I Beynəlxalq  elmi  konfransın  materialları. Bakı  Slavyan Universiteti. B.,2010.

Bunlardan  başqa 50 dən çox  elmi  və  publisistik  məqalələrin  müxtəlifidir.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.