Baş müəllim Saralova Fatma Məhəmməd qızı

Qısa bioqrafik məlumat                                                          

1966-cı il sentyabr ayının 23-də Akstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur.1983-cü ildə Akstafa rayon Muğanlı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur.

1988-ci ildən Akstafa rayonunun Muğanlı kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1998-99-cu tədris ilindən  Gəncə Dövlət Universitetinin Qazax filialında müəllim, 2000-2001-ci ildən hal –hazıra qədər Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında baş müəllim işləyir.

Bir neçə məqalənin müəllifidir. “Müasir Azərbaycan dili”, “Öyrənilən əsas dil”,“Söz yaradıcılığı” fənlərinə dair proqram hazırlamışdır (prof. T.Quliyev, b.m.M.Məmmədova ilə birlikdə).

“Azərbaycan Xalq Cümhuriyyəti  dövründə dil prosesləri” adlı namizədlik dissertasiyası üzərində işləyir.