Baş müəllim VEYSƏLOVA MAYSARAT MƏMMƏD QIZI

Qısa bioqrafik məlumat:

1947-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirmişdir. Həmin ilin sentyabr ayından H.Zərdabi adına KDP-nin pedaqogika və psixologiya kafedrasında laborant vəzifəsində çalışmışdır.

1968-ci ildən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında laborant, baş laborant, 12.09.91-ci il tarixdən həmin kafedrada kabinə müdiri, 1995-ci ildən müəllim, 2001-ci ildən isə Azərbaycan dili kafedrasının müəllimidir

1966-cı ildən GDU-nun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin (qiyabi) şöbəsinə qəbul olmuş və 1972-ci ildə həmin institutu bitirmişdir.

Azərbaycan dilinin müxtəlif sahələrinə aid 15-ə yaxın məqaləsi çap olunubdur.

Ailəvidir, şəhid anasıdır. Həyat yoldaşı, f.e.n. Veysəlov Raqif  Müseyib oğlu vəfat etmişdir.

Qızı – Veysəlova Vüsalə Raqif qızı dosentdir, Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının müdiridir.

Oğlu- Veysəlov Vüqar Raqif oğlu – 03.06.1992-ci il tarixdə Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur .

Oğlu- Veysəlov Eldar Raqif oğlu. Ali təhsillidir.

2009-cu ildən YAP-ın üzvüdür.