Baş müəllim Zülqədərova Səmanə Məmməd qızı
Qısa bioqrafik məlumat
Zülqədərova Səmanə Məmməd qızı 1953 – cü ilə Gəncə ( keçmiş Kirovabad ) şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1960 – ci ildə Gəncədə 1 saylı orta məktəbə daxil olmuş və 1970 – ci ildə həmin məktəbi bitirmişdir.
1970 – ci ildə Gəncə ( keçmiş Kirovabad ) Dövlət Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyat fakültəsinə ( əyani ) daxil olmuş ,1974 – cü ildə bitirdikdən sonra 3 saylı orta məktəbdə , 1976 – cı ildə isə Qəmbər Hüseynli adına musiqi məktəbində dil və ədəbiyyat müəllimi işləmişdir.
1976 – cı ildən 1993 – cü ilə qədər Gəncə ( keçmiş Kirovabad ) Pedaqoji İnstitutunda Azərbaycan dili və onun tədrisi kafedrasında laborant və baş laborant vəzifəsində çalışmışdır.
1993 – cü ildən Universitetin Azərbaycan dili və onun tədrisi kafedrasında müəllim, 1996 – cı ildən hal – hazıra qədər baş müəllim işləyir.
2001 – 2007 – ci illərdə Filologiya fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
Ailəlidir, iki övladı var.
10 ( on ) məqalə müəllifidir.