Baş müəllim Musayeva Aynur Tofiq qızı
Qısa bioqrafik məlumat:
Musayeva Aynur Tofiq qızı 30 oktyabr 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur.
1990 – cı ildə Xanlar (indiki Göy-göl) şəhər orta məktəbində təhsil almışdır. 1990-cı ildə H. Zərdabi adına KDPİ-nin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına daxil olmuş və 1995-ci ildə həmin ixtisası bitirmişdir.
1995-ci ildə həmin institutun Psixologiya kafedrasında laborant, 1996-cı ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına baş laborant vəzifəsində çalışmışdır.
2001-ci ildən həmin kafedraya tam ştat müəllim, 2004 – cü ildən Filologiya fakültəsi Elmi Şurasının qərarına əsasən müsabiqədən keçərək baş müəllim vəzifəsinə təyin edilmişdir.
Işlədiyi müddətdə müxtəlif elmi məcmuələrdə məqalələri çapdan edilmişdir.
Ailəlidir. İki övladı var.