Azərbaycan dili kafedrası

 

Gəncə Dövlət Universitetində Azərbaycan dili kafedrası 1966-cı ildən Azərbaycan dili və onun tədrisi metodikası adı altında fəaliyyətə başlamışdır. 1966-1967-ci tədris ilindən etibarən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin 25 oktyabr 1966-cı il tarixli, 315 №-li əmri ilə Azərbaycan dili və ədəbiyyatı kafedrası bazasında yaradılmışdır.

Kafedraya dosent Hidayət Cəfərov, dosent Əli Cəfərli və professor Şəfiqə Yusifli rəhbərlik etmişlər.

1971-ci ildən Azərbaycan dili və onun tədrisi metodikası bazası əsasında Azərbaycan dilçiliyi kafedrası yaradılmışdır. Kafedraya dosent Əli Cəfərli, dosent Vahid Mursaqulov rəhbərlik etmişlər.

1988-ci ildə iki kafedra yenidən birləşmişdir. Kafedranın adı əvvəlki kimi Azərbaycan dili və onun tədrisi kafedrası adlandırılmışdır. Kafedraya 1997-ci ilə kimi professor Məmməd Cəfərzadə rəhbərlik etmişdir. 1997-2013 –cü ilə qədər kafedraya  professor  Mübariz  Yusifov rəhbərlik etmişdir. 2013-cü ildən hal-hazıra kimi kafedraya  f.e.d.,professor Telman Ziyatxan oğlu Quliyev rəhbərlik edir.

Hazırda kafedrada 3(üç) elmlər doktoru, professor,  7(yeddi) nəfər elmlər namizədi, dosent, 8 (səkkiz) nəfər baş müəllim, 4 (dörd) nəfər baş laborant, 2 (iki) nəfər laborant çalışır.