Professor Yusifli Xəlil Həmid oğlu

 

           

                                  Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

BİOQARFİK MƏLUMAT

  • 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ADLARI

  • 1945-55-ci illərdə Əli bayramlı kənd orta məktəbində orta, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır.
  • 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır
  • 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir
  • 1989-cu ildə professor elmi adı almışdır.
  • Əməkdar Elm xadimidir. “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

  • 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1962-1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olmuş, Qədim və orta əsrlər ədəbiyyatı şöbəsində əmək fəaliyyətini davam etdirmişdir.
  • 1969-cu ildə müsabiqə yolu ilə Kirovabad Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsini tutmuşdur. Həmin vaxtdan indiyə qədər indiki Gəncə Dövlət Universitetində Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir.

ELMİ FƏALİYYƏTİ

1961-ci ildən elmi fəaliyyətlə məşğuldur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası” (Bakı, Azərb.EA nəşriyyatı, 1968.), “Şərqdə İntibah və Nizami Gəncəvi”( Bakı, Yazıçı, 1982.) adlı monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə Nizami ilə bağlı 200-ə yaxın  məqalə yazıb nəşr etdirmişdir. Yeni latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə Nizami əsərlərinin yeddi kitabda çapa hazırlanması Yusifli   Xəlil  Həmid oğluna həvalə olunmuşdur.

Bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi”  (Bakı, Yazıçı, 1984.)  adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyinin (Ə.Səfərli ilə 1982,1998,2004), “Dünya ədəbiyyatı tarixi (Antik dövr). (Bakı, Azərnəşr, 1999) dərsliyinin müəllifidir.

Klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M.Əvhədinin “Cəmşidin camı” (Q.Beqdeli ilə, Bakı, Azərnəşr,1970; Tehran, 1986; Bakı,2004), Arif Ərdəbilinin “Fərhadnamə” (Bakı, 2007), Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi” (Gəncə, 2008), “Xosrov və Şirin” (Bakı, Adiloğlu, 2011) və bir sıra başqaları da bu qəbildəndir.

O, ilk dəfə Həqirinin “Leyli və Məcnun” poemasını tərtib edərək geniş önsözlə nəşr etdirmişdir. 2007-ci ildə Yusifli   Xəlil  Həmid oğlu Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə önsöz və çevirmələrlə birlikdə hər biri 400 səhifə həcmində olan daha yeddi kitab tərtib edərək nəşr etdirmişdir. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir.

Yusifli   Xəlil  Həmid oğlu Ə.Səfərli ilə birlikdə orta məktıbin IX sinfi üçün “Ədəbiyyat” dərsliyi yazmış və bu dərslik 1993-2003-cü illərdə beş dəfə nəşr olunmuşdur. Onun bədii yaradıcılığı da elmi ixtisas sahəsi ilə bağlıdır. O, klassik Azrbaycan ədəbiyyatının bir çox nümunələrini mənzum şəkildə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu tərcümələrin bir qismi “Hikmət xəzinəsi” adlı müntəxəbatda (Bakı, Maarif, 1992) və başqa kitablarda, bir qismi isə ayrıca kitablar şəklində nəşr olunub. Bundan əlavə “Avey,hey” (Gəncə,2005) və “Hanı, o günlər, hanı?” (Bakı,Oka,2007) adlı şeirlər kitabları nəşr olunmuşdur. Bu kitablarda olan şeirlər daha çox əruz vəznində yazılmışdır.

MONOQRAFİYALAR:

  1. Nizaminin lirikası, Bakı, Azərb.EA nəşriyyatı, 1968
  2. Şərqdə İntibah və Nizami Gəncəvi, Bakı, Yazıçı, 1982
  3. Məhsəti Gəncəvi, Bakı, Yazıçı, 1984
  4. Sələflər və xələflər. Bakı, Elm və təhsil.2015

DƏRSLİKLƏR:

4.Ədəbiyyat, IX sinif üçün dərslik, Bakı, “Təhsil” nəşriyyatı, 1994–2003 (Ə.Səfərli ilə).

5.Dünya ədəbiyyatı tarixi (Antik dövr), Ali məktəb üçün dərslik, Bakı, 1999 (müştərək).

6.Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Dərslik , Bakı, Maarif, 1982, (Ə.Səfərli ilə).

  1. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Dərslik , Bakı, Ozan, 1998, (Ə.Səfərli ilə).
  2. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Dərslik , Bakı, 2008, (Ə.Səfərli ilə).
  3. Azərbaycan ədəbiyyatı tarixi, İran, Tehran, 1998, (Ə.Səfərli ilə).

40 kitaba qədər  tərcümə, tərtib və çevirmələrin müəllifidir.