Dosent Əhmədov Maqbet Mütülü oğlu

   

                                                          Filologiya elmləri namizədi, dosent 

Bioqrafik məlumat

1952-ci ilin yanvar ayının 6-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olmuşdur. 1957-1967-ci illərdə Daşkəsən rayonunun Dəstəfur kənd orta məktəbində, 1968-1975-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1970-1972-ci illərdə Almaniyada hərbi xidmət borcunu yerinə yetirmiş, 1971-ci ildə Drezden şəhərində Kommunist Partiyasının sıralarına qəbul edilmişdir.

1975-1979-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1983-cü ildə dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1968-ci ildə “Daşkəsən” adlı rayon qəzetində məktublar şöbəsinin müdiri və radio-redaktor, 1975-1983-cü illər orta məktəb müəllimi, 1983-1989-cu illər Azərbaycan SSR EA Gəncə Elm mərkəzində elmi işçi işləmiş, 1989-2006-cı illər Azərbaycan Texnologiya İnstitutunda laborant, müəllim, baş müəllim, dosent, “Dillər” kafedrasının müdiri vəzifələrində çalışmışdır.

2006-cı ildən Gəncə Dövlət Universitetində  çalışır. Hal-hazırda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiridir.

NƏŞR:

1.Əfsanələr. “Gənclik” nəşriyyatı, Bakı, 1986

  1. “Azərbaycan mifoloji mətnləri”.(2 ç.v. həcmində toplama materialı öz əksini tapmışdır), “Elm” nəşriyyatı, 1988

3.“M.R.Məmmədəliyev”. Biblioqrayiya. Gəncə, S.Ağamalıoğlu adına AKTİ-nin nəşriyyatı,1989

  1. “Aşıq Pəri məclisi”. Bakı, “Yazıçı” nəşriyyatı, 1991
  2. “Əsli və Kərəm:məhəbbət, yoxsa nifrət”, Bakı, “Qoliat print” MMC, 2010 6. “Dünya sevgi dünyasıdır” (Şeirlər kitabı), Gəncə, Poliqrafiya”ASC,

2017

  1. “Əfsanələr”. Bakı,“Təknur” MMS,2018
  2. Məqalələr. Bakı,“Təknur” MMS,2018