Dosent Cəfərova Ziyafət Bayramqulu qızı
Filologiya elmlər namizədi, dosent
Qısa bioqrafik məlumat
10 mart 1955-ci ilə Azərbaycan Respublikası Xanlar (indiki Göygöl) rayonunun Qırıxlı kəndində qulluqçu ailəsində anadan olub.1961-ci ildə Gəncə şəhəri 5 saylı orta məktəbin I sinfinə daxil olub, 1972-ci ildə həmin məktəbin X sinfini xüsusi tərifnamə ilə bitirib1. Həmin ildə KDPİ-nin azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olunmuş, 1976-cı ildə həmin inistitutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alıb. Ailəlidir, iki övladı var
Pedoqoji fəaliyyəti
Təyinat üzrə 1977-ci ilin yanvarından 1978-ci ilin yanvarınadək Xanlar rayonu Sarıqamış kənd məktəbində müəllim kimi fəaliyyətə başlayıb.1978-1991-ci illərdə keçmiş baza inşaat texnikumunda kitabxanaçı və laborant işləyib, eyni zamanda öz ixtisasım üzrə saathesabı dərs də aparıb. 1991-ci ildən Gəncə baza inşaat texnikumunda müəllim işləyib. müsbət göstərişlərə görə texnikumun müdriyyəti tərəfindən dəfələrlə mükafat və təşəkkürlərlə rəğməbləndirilib. 1993-cü ilin aprelində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə Gəncə sənaye-pedaqoji texnikumuna tədris işləri üzrə direktor müavini təyin edilib, 1997-ci ilə qədər bu vəzifəni layiqincə icra edib. 1997-ci ildə Gəncə sənaye-pedaqoji texnikumunun bazası əsasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 02.02.1997-ci il tarixli 14 saylı qərarına əsasən yeni tipli təhsil müəssəsi-Gəncə Humanitar kolleci yaradılması ilə əlaqədar 1999-cu ilin fevralınadək həmin kollecdə tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Ümumilikdə 38-il pedaqoji stajı var
Elmi fəaliyyəti
1989-cu ildə “Azərbaycan tarixi romanlarında köhnəlmiş sözlər(1930-1985)” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, filologiya elmlər namizədi, alimlik dərəcəsi alıb.
2000-2003-cü illərdə eyni zamanda Gəncə Dövlət Universitetində müqavilə üzrə dərs yükü aparıb. 2003-cü il tarixdə Azərbaycan dilinin tədrisi kafedrasında baş müəllim, 2005-ci il tarixdə dosent əvəzi, 2006-cı ildə dosent elmi adlarını qazanıb.
Hazırda azərbaycan dilinin tədrisi kafedrasının dosentidir
01.10.1996-cı ildən Yeni azərbaycan Partiyasının üzvüdür.