Kubişev Nadir Hüseyn oğlu

Nadir Kubishev

1936-cı ildə Quba rayonunun Amsar kəndində anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə Gəncə şəhərində bitirmiş elə həmin il Zərdabi adına Gəncə Dövlət İnistutunun tarix-filologiya fakultəsinə daxil olmuş. 1959-cu ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 1962-cı ildən Gəncə Pedaqoji İnistitunda Dil ədəbiyyat kafedrasında baş laborant müəllim və baş müəllimişləyib, hazırda Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimidir. Fakultənin təlim tərbiyə işləri üzrə dekan müavinidir və tədris metodika şurasının sədridir. Ali məktəb iş stajı 1962-ci ildən hazırki dövrə qədər hesablanır. İnistut illərində 61-ə yaxın məqaləsi, tədris vəsaiti və redaktoru olduğu kitablar vardır. Bunların içərisində 12 ixtisas üzrə ali məktəb üçün yazılmış kitab 20-dən çox məqalə o cümlədən 20yaxın redaktor olduğu və rəy verdiyi kitab vardır. Bütün bunlarla yanaşı “İfadəli oxu”, “Linqvistik təhlilin aparılma metodikası”, “Azərbaycan dilinin struktur təsnifatı” kimi proqramları yazmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Uzun illərdir “Nitq mədəniyyəti”, “İfadəli oxu”, “Azərbaycan dilinin tədrisi metodikası”, “Azərbaycan dilinin struktur təsnifatı” fənlərindən mühazirə aparır.

Açıq dərslər olmuş həmişə yüksək qiymətləndirilmişdir.

Ümumi stajı – 55-il