Hüseynova Tünzalə Yusif qızı

Tunzala Huseynova

24 fevral 1948-ci ildə Gəncə şəhəri Ziyalı ailəsində doğulmuşam. 1955-ci ildə M.Qorki adına 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 1966-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib Həsənbəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını almaq üçün Dil- Ədəbiyyat fakültəsinə daxil olmuşam. Həmin institutu bitirmişəm. 1978-ci ildə 29 saylı orta məktəbdə müəllim işləmişəm. 2002-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dilinin tədrisi” kafedrasında baş müəllim vəzifəsində işləyirəm. Ümumilikdə iş stajım  47 ildir.

Ailəliyəm, 4 övladım var.