Niyazova İlhamə Zahid qızı

Ilhama Niyazova

1975-ci il aprel ayının 1-də Gəncə şəhərində anadan olmuşdur.1994-cü ildə Nizami adına Gəncə universitetinin bakalavr  üzrə ərəb-fars, Azərbaycan dili ixtisası üzrə əyani Filologiya fakültəsinə daxil olub və 1998-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildə Gəncə Dövlət Universitetinin Dilşünaslıq ixtisası magistratura üzrə əyani müqayisəli dilçilik fakultəsinə daxil olub və 2003-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

2003-cü il sentyabr ayından Gəncə Dövlət Universitetinin Azərbaycan dilinin tədrisi kafedrasında müəllim kimi çalışır.

2012-ci ildə Azərbaycanın Milli Elmlər Akademiyası nəsimi adına Dilçilik İnstitunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına daxil olaraq 10.02.2019- “Dil nəzəriyyəsi”ixtisası üzrə dissertant yerini tutub.

Dissertasiya mövzusunun adı “Azərbaycan dilinin təkmilləşmə prosesinin təhlilinin yeni elmi aspektləri”.

20 məqaləsi var.

Ümumi stajı 12 il