Mahmudova Mətanət Nəriman qızı
1976-cı ildə Samux rayon Sərkar kəndində anadan olmuşdur.1982-1992-ci illərdə Sərkar kənd Nizami adına orta məktəbdə təhsil almışdır. 1993-1997-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu (indiki Gəncə Dövlət Universiteti) Tarix və Dil-Ədəbiyyat fakültəsinin Milli dil və ədəbiyyat ixtisası üzrə bakalavr təhsili almışdır. 2002-2004-cü illərdə Gəncə Dövlət Universitetinin magistratura şöbəsində Dilşünaslıq (Azərbaycan dili) ixisası üzrə təhsil almışdır. 2012-2017-ci illərdə Gəncə Dövlət Universitetinin Doktorantura şöbəsində Azərbaycan dili ixtisası üzrə təhsil almışdır. 2004-cü ildən həmin universitetin Azərbaycan dilinin tədrisi kafedrasında (indi Azərbaycan dili) müəllim işləyir. 2019-cu ildən Filologiya fakültəsində Humanitar işlər üzrə dekan müavini vəzifəsində çalışır. 2021-ci ildə Filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 20-dən artıq məqalə, 2 proqram müəllifidir.